Bank Of Baku

Edvard Nalbandyan: “Biz Türkiyə ilə diplomatik əlaqələrin qurulmasını və sərhədlərin qeyd-şərtsiz açılmasını istəyirik”

Edvard Nalbandyan: “Biz Türkiyə ilə diplomatik əlaqələrin qurulmasını və sərhədlərin qeyd-şərtsiz açılmasını istəyirik”
# 05 dekabr 2008 10:06 (UTC +04:00)
Helsinki. Tamara Qriqoryeva – APA. “Ermənistan ATƏT-in bütün prinsipləri üzrə təşkilatla əməkdaşlıqda maraqlıdır”. APA-nın Helsinkidə olan xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında çıxışında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib. O, Azərbaycanın silahlanmasına iştirakçıların əksəriyyəti tərəfindən lazımi reaksiya verilməməsindən təəssüfləndiyini söyləyib: “Klassik situasiya yaranıb: divardan silah asılıb və o, nə vaxtsa mütləq atəş açacaq”. Erməni nazirin fikrincə, Azərbaycan Moskva Bəyannaməsinin düzgün şərh etmir: “Deyilir ki, Bəyannamə güc tətbiqini istisna etmir. Axı bu, necə ola bilər?”

Türkiyə ilə münasibətlərə də toxunan E. Nalbandyan bildirib ki, iki ölkə arasında problemlərin həlli bütün bölgəyə müsbət təsir göstərəcək: “Əlbəttə, heç kim dərhal bütün problemlərin həll olunacağını gözləmir. Biz diplomatik əlaqələrin qurulmasını və sərhədlərin qeyd-şərtsiz açılmasını istəyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR