Bank Of Baku

Azərbaycan ATƏT XİN Şurasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair prinsiplərin əks olunduğu yazılı sənəd yayıb- YENİLƏNİB

Azərbaycan ATƏT XİN Şurasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair prinsiplərin əks olunduğu yazılı sənəd yayıb- <font color=red>YENİLƏNİB</font>
# 05 dekabr 2008 10:48 (UTC +04:00)
APA-nın Helsinkidəki müxbirinin verdiyi məlumata görə, sənəddə bildirilir ki, Azərbaycan münaqişənin siyasi vasitələrlə və konstruktiv şəkildə həll olunmasının tərəfdarıdır: “Lakin Azərbaycan heç vaxt öz ərazi bütövlüyünü güzəştə getməyəcək, və Ermənistan tərəfinin tətbiq etməyə çalışdığı “gerçəkləşmiş fakt”a əsaslanan qərarları qəbul etməyəcək. Bu münaqişə yalnız ərazi bütövlüyünə və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının Azərbaycanın tərkibində birlikdə dinc yaşaması, demokratiya və inkişafdan bərabər şəkildə yararlanması çərçivəsində həll oluna bilər”.
Sənəddə qeyd olunur ki, münaqişənin nizamlanması prosesinin son hədəfi Dağlıq Qarabağın Azərbaycanın tərkibində statusunun hüquqi əsas və modellərinin müəyyənləşdirilməsidir: “İstənilən statusun müəyyənləşməsi prosesi regionun bütün əhalisinin, xüsusilə də azərbaycanlı və erməni icmalarının birbaşa, tam və bərabərhüquqlu iştirakı ilə normal sülh şəraitində, onların Azərbaycan hökuməti ilə qarşılıqlı əlaqəsi və xüsusilə də hüquqi və demokratik proses çərçivəsində keçirilməlidir. Dağlıq Qarabağ və ətraf rayonların işğalının davam etdiyi bir vaxtda Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə yönəlmiş cəhdlər və Azərbaycan əhalisinin məcburi köçürülməsi ümumbəşəri və Avropa dəyərlərinə, sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq prinsiplərinə ziddir. Bu cür cəhdlər etnik təmizləmə siyasətini legitimləşdirmək və Azərbaycana münasibətdə “gerçəkləşmiş fakt”ı tətbiq etmək məqsədi daşıyır”.
Sənəddə bildirilir ki, Dağlıq Qarabağ regionunun Azərbaycanın tərkibində özünüidarəetmə statusu əldə etməsi ilə bağlı danışıqlar mərhələsinə keçməzdən əvvəl bir sıra mühüm addımlar atılmalıdır. Bu addımlar aşağıdakı şəkildə ifadə olunub:
• Hərbi təcavüz amili münaqişənin nizamlanma kontekstindən çıxarılmalı, Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Ərazilərin geri qaytarılması prosesinin ləngiməsi onsuz da mürəkkəb olan nizamlanma prosesini daha da çətinləşdirə bilər.
• Məcburi köçkünlər təhlükəsiz şəkildə və ləyaqətlə Dağlıq Qarabağ və ətraf bölgələrdəki daimi yaşayış yerlərinə qayıtmalıdır.
• DaĞlıq Qarabağın iki icması arasında əməkdaşlığa şərait yaradılması üçün xüsusi barışıq və dözümlüllük proqramları həyata keçirilməlidir.
• Regionda bütün kommunikasiya xətləri qarşılıqlı istifadə üçün açıq olmalıdır.
• Azərbaycan əraziləri işğaldan azad olunduqdan sonra regionun bərpasına və iqtisadi inkişafına başlanmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR