Elmar Məmmədyarov: “Həmsədr ölkələr Madrid təkliflərinə bəzi düzəlişlər təqdim ediblər”
E. Məmmədyarov Azərbaycanın Moskva Bəyannaməsini düzgün şərh etmədiyini söyləyən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın sözlərinə münasibətini soruşan jurnalistlərə cavabında bu barədə geniş danışmaq istəmədiyini vurğulayıb: “O, daxili siyasi məqsədlər baxımından nəsə deyə bilər. Mən bu barədə danışmaq istəmirəm. Siz istəsəniz, Bəyannaməni beynəlxalq hüquq üzrə mütəxəssislərə göstərə bilərsiniz. Onlar sənəddə nələrin qeyd olunduğunu şərh edə bilər”. Danışıqların intensivləşməsinin Azərbaycanı münaqişənin hərbi yolla həllindən uzaqlaşdırıb-uzaqlaşdırmadığına dair suala isə nazir belə cavab verib: “Mən xarici işlər naziri olaraq münaqişənin sülh yolu ilə həllini istəyirəm. Hələlik belə imkan var və Moskva Bəyannaməsinin imzalanmasından sonra mənim buna ümidim artıb. Kimsə daxili siyasət üçün bəyanat verə bilər. Amma sənəd ortadadır və orada Rusiya prezidentinin də imzası var”.
Amerikalı həmsədr Metyu Brayzanın Dağlıq Qarabağ ermənilərinin danışıqlarda de-fakto iştirak etdiyinə dair bəyanatına münasibətini açıqlayan E. Məmmədyarov bildirib ki, Ermənistan qoşunlarının işğal altındakı ərazilərdən çıxarılması, kommunikasiyaların açılması və məcburi köçkünlərin öz yerlərinə qayıtmasından sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında hansısa mərhələdə müzakirələr ola bilər: “Onlar Dağlıq Qarabağın statusunu birlikdə müəyyən etməlidirlər – təbii ki, Azərbaycanın tərkibində”.
Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməsinə gəldikdə isə, E. Məmmədyarov deyib ki, hansısa tədbiri keçirməzdən əvvəl onu hazırlamaq lazımdır: “Dağlıq Qarabağda azərbaycanlıların olmadığı bir şəraitdə bu məsələnin hüquqiliyindən danışmaq mümkün deyil. Ermənilər artıq Qarabağda referendumun keçirildiyini bildirirlər. Hansı referendumdan söhbət gedir? Müharibə şəraitində, avtomat lüləsi altında. Bu cür referendumları hər gün keçirmək olar. Biz isə bunun üçün müvafiq şəraitin yaradılmasını təklif edirik və Qafqazda baş verən son hadisələrin fonunda bu mövqeyimiz daha aktual görünür. İrəliləyiş əldə olunmalı, kommunikasiyalar açılmalı, insanlar öz evlərinə geri qayıtmalıdır”.
“Dağlıq Qarabağ münaqişəsinin həllindən əvvəl Türkiyə-Ermənistan sərhədinin açılmasının mümkün olub-olmadığı haqda sualı cavablandıran E. Məmmədyarov bunun hər iki ölkənin suveren hüququ olduğuna diqqət çəkib: “Amma Türkiyə dəfələrlə bu məsələyə öz münasibətini açıqlayıb. Əlbəttə ki, bu mövqe Türkiyə ilə Ermənistanın münasibətlərinə ciddi təsir göstərir”.
Xarici siyasət
XİN 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq
Azərbaycan və Özbəkistan XİN rəhbərləri telefon danışığı aparıb, strateji tərəfdaşlıq müzakirə olunub - YENİLƏNİB
İordaniya Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib
Xəbər Lenti
Kerç bərə keçidində daşımalar dayandırılıb
İsrail Ordusu Suriyanın cənubunda irəliləyir
Pakistan Baş naziri və ordu komandanı ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib - YENİLƏNİB
DÇ-2026: Yaponiya Tunisi darmadağın edib
Ukrayna Ordusu Kerç yarımadasına zərbə endirib, 4 nəfər ölüb, 28 nəfər yaralanıb - YENİLƏNİB
KİV: ABŞ və İran arasında İsrail-Hizbullah münaqişəsinə dair fövqəladə iclas keçiriləcək
Gəncədə evdən meyit tapılıb
ABŞ İranla danışıqları təhlükəyə atmamaq üçün İsrailə təzyiq göstərir
İtaliyanın səkkiz şəhərində həddən artıq istilik səbəbilə xəbərdarlıq edilib
KİV: ABŞ bəzi dondurulmuş aktivləri İrana qaytara bilər
DÇ-2026: Ekvador və Kurasaodan heç-heçə
Starmer 22 iyunda istefa verəcəyini açıqlaya bilər
İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün İsveçrəyə çatıb
Ağ Ev: ABŞ Latın Amerikasındakı narkotik kartellərini hədəf almağa davam edəcək
Vens: İranla danışıqlar nüvə proqramını da əhatə edəcək
DÇ-2026: Almaniya Fil Dişi Sahilini çətinliklə məğlub edib
Poroşenko da Polşanın Ağ Qartal Ordenindən imtina edib
Vens: ABŞ-İran danışıqları bir neçə gün davam edə bilər
Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə yola düşüb
Qəbələdə ağır qəza olub, 1 nəfər ölüb
Tramp: Atəşkəs dövründəki 60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq
Hindistan üç xam neft tankerinin Hörmüz boğazından keçdiyini açıqlayıb
ABŞ-da naməlum şəxslər avtomobildən bir qrup insana atəş açıb, yaralananlar var
DÇ-26: Niderland İsveçi darmadağın etdi
Polşanın qərarından sonra Kuçma və Yuşşenko Polşa ordenlərindən imtina ediblər
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
Türkiyədə turistləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb
XİN 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb
Zelenski: Kiyev Belarus hökumətinə ölkənin müharibəyə sürüklənməsinin mümkün nəticələri barədə xəbərdarlıq edib
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4057 nəfərə çatıb
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayır
Netanyahu və müdafiə naziri orduya Livanda "atəşi dayandırmaq" tapşırığı verib
SEPAH: Hörmüz boğazı bağlanıb
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İsveçrəyə yola düşüb
Pakistan ABŞ və İran arasında texniki danışıqların sabah İsveçrədə keçiriləcəyini açıqlayıb
Azərbaycan və Özbəkistan XİN rəhbərləri telefon danışığı aparıb, strateji tərəfdaşlıq müzakirə olunub - YENİLƏNİB
İordaniya Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib
Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var
Münhendə yük qatarları toqquşub, ölən var
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib - FOTO
DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub
Tramp İtaliyanın Baş naziri Meloni ilə dostluq etməyəcəyini bildirib
Zaqatalada su hovuzunu təmir edən kişi yanıb
DÇ-26: Niderland İsveçə qarşı
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Flora Kərimova xəstəxanadan evə buraxılıb
UFC döyüşçüsü Rafael Fiziyev Azərbaycana gəlib
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Aralıq dənizində ardıcıl iki zəlzələ baş verib