Bank Of Baku

Moldovanın xarici işlər naziri: “ATƏT münaqişələrin dövlətlərin ərazi bütövlüyünə hörmət çərçivəsində həllinə öz töhfəsini verməlidir”

Moldovanın xarici işlər naziri: “ATƏT münaqişələrin dövlətlərin ərazi bütövlüyünə hörmət çərçivəsində həllinə öz töhfəsini verməlidir”
# 05 dekabr 2008 13:16 (UTC +04:00)
Helsinki. Tamara Qriqoryeva – APA. “İndi biz elə həlledici məqamdayıq ki, ATƏT effektiv fəaliyyətini nümayiş etdirib münaqişələrin dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət çərçivəsində sülh yolu ilə həllinə öz töhfəsini verməlidir”. APA-nın Helsinkidə olan xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Andrey Stratan ATƏT Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 16-cı toplantısında çıxışında deyib. A. Stratanın fikrincə, beynəlxalq aləmdə belə bir fikir mövcuddur ki, Dnestryanı münaqişə keçmiş sovet məkanındakı digər münaqişələrdən daha az mürəkkəbdir, ona görə də daha tez həll oluna bilər: “Bu, onunla əsaslandırılır ki, Dnestryanı münaqişənin kökündə həll prosesini mürəkkəbləşdirə biləcək etnik və ya dini ziddiyyətlər dayanmır. Lakin təəssüflə qeyd etməliyik ki son 17 il ərzində aparıcı beynəlxalq qüvvələrin iştirakı ilə göstərilən cəhdlərə baxmayaraq, Dnestryanı münaqişə hələ də həll olunmayıb. Hesab edirik ki, bizim cəhdlərimizin uğursuzluqla nəticələnməsi ilk növbədə bəzi beynəlxalq qüvvələrin adekvat siyasi iradə nümayiş etdirməməsi və Dnestryanı münaqişənin geosiyasi xarakteri ilə bağlıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR