Bank Of Baku

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri “Şərq tərəfdaşlığı”na dair təklifləri müzakirə edəcəklər

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri “Şərq tərəfdaşlığı”na dair təklifləri müzakirə edəcəklər
# 05 dekabr 2008 13:45 (UTC +04:00)
Brüssel. Aleksandr Kin – APA. Avropa Birliyi Xarici İşlər Nazirləri Şurasının dekabrın 8-də keçiriləcək toplantısında “Şərq tərəfdaşlığı” proqramı müzakirə olunacaq. Avropa Komissiyasındakı mənbə APA-ya bildirib ki, xarici əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissar Benita Ferrero-Valdner “Şərq tərəfdaşlığı” təşəbbüsünə dair təkliflər haqqında nazirlərə məlumat verdikdən sonra bu məsələ Avropa Birliyi dövlət və hökumət başçılarının dekabrın 11-12-də keçiriləcək sammitinə tövsiyə olunacaq. Mənbə təkliflərin müzakirəsinin gələn il yanvarın sonu, fevralın əvvəllərinə qədər davam edəcəyini və böyük ehtimalla AB-nin mart sammitində qəbul olunacağını deyib. “Şərq tərəfdaşlığı” proqramı AB və tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının aprel ayında keçirilməsi nəzərdə tutulan sammitində rəsmən elan olunacaq.

Qeyd edək ki, AB Nazirlər Şurasının dekabrın 8-də keçiriləcək toplantısı çərçivəsində Azərbaycan, Gürcüstan və Ermənistanla əməkdaşlıq şuralarının yığıncaqları da olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR