Bank Of Baku

Eka Tkeşelaşvili: “Rusiya ATƏT XİN Şurasında bəyannamə qəbul olunmaması üçün əlindən gələni etdi”

Eka Tkeşelaşvili: “Rusiya ATƏT XİN Şurasında bəyannamə qəbul olunmaması üçün əlindən gələni etdi”
# 05 dekabr 2008 14:14 (UTC +04:00)
Lakin Rusiya bunun qarşısını almaq və konsensusu pozmaq üçün əlindən gələni etdi. Bu, bir daha ATƏT kimi çoxtərəfli münasibətlər modelində Rusiyanın destruktiv rol oynadığını təsdiqləyir. Bu şərtlər altında hansısa güzəştə getmək çətindir”. APA-nın Helsinkidəki xüsusi müxbirinin verdiyi məlumata görə, bu açıqlamanı jurnalistlərə Gürcüstanın xarici işlər naziri Eka Tkeşelaşvili verib.

O, toplantıda Rusiyanın destruktiv fəaliyyətinə dəqiq siyasi qiymət verildiyini bildirib: “Helsinki toplantısında beynəlxalq müşahidəçilərin Rusiya ərazisinə daxil olmasına icazə verilməsi qəti şəkildə tələb olundu. Axı indi bu regionlar tam şəkildə dünyadan təcrid olunub və orada nə baş verdiyini heç kəs bilmir. Azərbaycanın mövqeyi bizim mövqeyimizlə həmişə çox yaxın olub. Bu ölkə bizim tarixi tərəfdaşımızdır. Azərbaycan həmişə bizə dəstək verib”.

Türkiyənin təklif etdiyi Qafqazda Stabillik və Əməkdaşlıq Platformasına münasibət bildirən Eka Tkeşelaşvili bildirib ki, bu təşəbbüsün hansı mərhələdə dəyərləndirilməsini müəyyənləşdirmək lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR