Bank Of Baku

Əli Babacan: “Dağlıq Qarabağ münaqişəsinin istənilən həlli Azərbaycanın ərazi bütövlüyünə hörmətə əsaslanmalıdır”

Əli Babacan: “Dağlıq Qarabağ münaqişəsinin istənilən həlli Azərbaycanın ərazi bütövlüyünə hörmətə əsaslanmalıdır”
# 05 dekabr 2008 14:23 (UTC +04:00)
İndi biz Cenevrədə başlamış danışıqların uğurlu nəticələr verəcəyinə ümid bəsləməliyik. Münaqişənin istənilən həlli Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə əsaslanmalıdır”. APA-nın Helsinkidə olan xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əli Babacan ATƏT Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 16-cı toplantısında çıxışında deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səyləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaxşı imkan yaradır: “Biz hər iki tərəfi aralarındakı fikir ayrılıqlarına son qoymaq üçün həmsədrlərlə birgə işləməyə və eyni zamanda əsaslı regional bəyannamə hazırlayıb quruma təqdim etməyə səsləyirik. Minsk Qrupundakı aktiv üzvlükdən əlavə, Türkiyə əhatəli təşəbbüsləri ilə sülh prosesinə öz töhfəsini verməkdə davam edir. Münaqişənin istənilən həlli Azərbaycanın ərazi bütövlüyünə hörmətə əsaslanmalıdır”.

Dnestryanı problemə də toxunan Ə. Babacan Moldovanın suverenliyi və ərazi bütövlüyünə əsaslanan son siyasi addımların Türkiyəni sevindirdiyini söyləyib: “5+2 formatı bütün tərəflərin maraqlarını və narahatlıqlarını nəzərə alan yeganə danışıqlar platforması olaraq qalır. Biz də region ölkələri arasında dialoq aparılması məqsədilə platforma - Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması yaratmağı təklif etmişik. Bizim müsbət qarşılanan təşəbbüsümüzün məqsədi mövcud cəhdlərə töhfə vermək və bölgə dövlətləri arasında qarşılıqlı inamı bərpa etməyə köməkdən ibarətdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR