Bank Of Baku

Azərbaycan və Gürcüstan arasında razılaşdırılmayan 180 km-lik sərhəd xətti üzrə müvafiq işlər aparılır

Azərbaycan və Gürcüstan arasında razılaşdırılmayan 180 km-lik sərhəd xətti üzrə müvafiq işlər aparılır
# 10 dekabr 2011 09:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA. Azərbaycan və Gürcüstan arasında 480 km-lik sərhədin 300 km-i razılaşdırıb, qalan 180 km sərhəd üzrə isə müvafiq işlər aparılır. APA-nın məlumatına görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan ekspertlərinin iştirakı ilə razılaşdırılmayan ərazidə xəritə materialları üzərində işlər aparılır.

“Hazırda Azərbaycan tərəfi Gürcüstandan diplomatik yolla cavab gözləyir. Nə vaxt cavab gələrsə, iki ölkənin delimitasiya komissiyaları səviyyəsində məsələnin müzakirəsinə başlanacaq” - deyə Q.Məmmədov qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR