SAM-ın beynəlxalq əlaqələri genişlənir
11 aprel 2012 10:01 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) beynəlxalq əlaqələri genişlənir. SAM-dan APA-ya verilən məlumata görə, bu günlərdə mərkəzin direktor müavini Gülşən Paşayeva Fransaya yola düşüb. Səfər çərçivəsində aprelin 12-də Parisdə SAM və Fransa Beynəlxalq Münasibətlər İnstitutu arasında əməkdaşlığa dair saziş imzalanacaq. Bundan başqa, G. Paşayeva Fransa paytaxtında «Avropanın enerji təhlükəsizliyi strategiyasında Azərbaycanın rolu» mövzusunda keçiriləcək konfransda iştirak edəcək, Beynəlxalq Risklərin Təhlili və Proqnozlaşdırılması Mərkəzində, ictimai əlaqələr üzrə ixtisaslaşdırılmış «Homid» şirkətində, Beynəlxalq və Strateji Əlaqələr İnstitutunda fransalı həmkarlarının işi ilə yaxından tanış olacaq.
Xarici siyasət
Spiker: “Azərbaycanla Gürcüstan arasında səmərəli əməkdaşlıq uzun illər əvvəl dəqiqliklə düşünülmüş siyasətin tərkib hissəsidir” - FOTO
20:23
24 may 2024
Səfir: "Azərbaycan və Gürcüstan arasındakı dostluq iki ölkə arasında əlaqələrin inkişafına təkan verib" - FOTO
20:04
24 may 2024
Ceyhun Bayramov Almaniya xarici işlər naziri ilə telefonla danışıb
19:56
24 may 2024
Səfir: Azərbaycanla dostluq əlaqələrini genişləndirmək Gürcüstan üçün prioritetdir
19:13
24 may 2024