Bakıda Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi üzrə ekspertlər qrupunun iclası keçirilib
11 aprel 2012 16:19 (UTC +04:00)
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət müəssisəsinin Sədri M. Atacanovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.
İclas zamanı Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı bir sıra məsələlər müzakirə edilib, eləcə də Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi üzrə geniş fikir mübadiləsi aparılıb.
Xəzər məsələləri üzrə ikitərəfli və çoxtərəfli formatda keçirilən məsləhətləşmələrin əhəmiyyəti vurğulanmış və belə danışıqların davam etdirilməsinin zəruri olduğu bildirilib.

Xarici siyasət
İtaliya səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib
18:28
21 may 2024
Ceyhun Bayramov Ukraynanın yeni səfiri ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
18:18
21 may 2024
Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib
16:26
21 may 2024
Ceyhun Bayramov İran xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri ilə telefon danışığı aparıb - YENİLƏNİB
16:22
21 may 2024