ADA Kitab Mərkəzində II Beynəlxalq Festival keçirilib - FOTOSESSİYA
27 aprel 2012 12:08 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Azərbaycan Diplomatik Akademiyasının Kitab Mərkəzində II Beynəlxalq Festival keçirilib. APA-nın məlumatına görə, festivalın keçirilməsində məqsəd 20-dək ölkənin Azərbaycandakı səfirliyini bir araya gətirməklə müxtəlif mədəniyyətlər arasında dialoq yaratmaq və Azərabaycandaki xarici tələbələrin ünsiyyət qurmasina şərait yaratmaqdır. Festivalda səfirliklərin, beynəlxalq təşkilatların nümayəndələri və Azərbaycanın müxtəlif universitetlərində, o cümlədən ADA-da təhsil alan xarici tələbələr iştirak ediblər.
Festivalı giriş sözü ilə ADA-nın prorektoru Fariz İsmayılzadə açıb. Daha sonra Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov qonaqları salamlayıb. Rəsmi açılışdan sonra Azərbaycanın xalq artisti Alim Qasımov qonaqların qarşısında çıxış edib.
Tədbirdə Azərbaycan, Türkiyə, Fələstin, Hindistan və Belarus milli rəqsləri ifa edilib, fərqli ölkələrin milli mətbəxləri təqdim olunub.
Xatırladaq ki, ilk beynəlxalq festival ötən il keçirilib.

Xarici siyasət
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
21:29
18 may 2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
20:24
18 may 2024
Deputat: Azərbaycanla Belarus dost və strateji tərəfdaş ölkələrdir
11:32
18 may 2024
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024