Bahar Muradova: “Mətbuatda dərc olunan qərəzli materialları bütövlükdə Almaniya dövlətinin, alman xalqının mövqeyi kimi qəbul etməyin tərəfdarı deyiləm”
03 may 2012 10:38 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. “İstər Almaniyada, istərsə bəzi Qərb ölkələrində Azərbaycanın qazandığı uğurlar, nailiyyətləri görməməzliyə vuran, onu başqa səbəblərə bağlayan yazıların dərcinin şahidi oluruq. Bu da Azərbaycanı istəməyən dairələrin, ilk növbədə erməni lobbisinin maliyyəsi, köməyi ilə həyata keçirilir”. APA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə parlamentin vitse-spkeri Bahar Muradova verib.
B. Muradova mətbuatda dərc olunan qərəzli materialları bütövlükdə Almaniya siyasətinin, Almaniya dövlətinin, alman xalqının mövqeyi kimi qəbul etməyin tərəfdarı olmadığını vurğulayıb: “Bunu bu şəkildə qələmə verənləri də Almaniya-Azərbaycan dostluğuna xələl gətirən insanlar kimi dəyərləndirirəm. Hesab edirəm ki, bu nigarançılıq da aradan qalxacaq. Çünki nə Azərbaycan dövləti, nə də Almaniya dövləti məsələnin bu dərəcədə şişirdilməsində maraqlı deyil”.

Xarici siyasət
Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verib
07:39
21 may 2024
İran Prezidentinin həlak olması ilə bağlı bu ölkənin Bakıdakı Səfirliyində matəm kitabı açılacaq
20:31
20 may 2024
Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
19:51
20 may 2024
İtaliya Azərbaycana yeni səfir təyin edib
17:36
20 may 2024