Bahar Muradova Ukrayna səfiri Aleksandr Mişşenko ilə görüşüb
30 may 2012 13:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclis sədrinin müavini Bahar Muradova Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko ilə görüşüb. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanla Ukraynanın münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyən səfir hazırda Ukraynada 500 mindən çox azərbaycanlının yaşadığını və onların özlərini bu ölkənin tamhüquqlu vətəndaşı kimi hiss etdiklərini bildirib. O, söhbət zamanı Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsindən də bəhs edib. B. Muradova isə bildirib ki, Azərbaycan “Eurovision” yarışmasını uğurla keçirməklə verdiyi sözə yüksək səviyyədə əməl edib, bu uğura kölgə salmaq istəyən qüvvələr olsa da, onların niyyətləri baş tutmayıb. B. Muradova onu da qeyd edib ki, Azərbaycan və Ukrayna nümayəndə heyətləri bir çox beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT Parlament Assambleyasında qarşılıqlı maraqları müdafiə edirlər.
Görüşdə Dağlıq Qarabağ münaqişəsi, Avropaya inteqrasiya, beynəlxalq təşkilatlarda əməkdaşlıq və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xarici siyasət
İtaliya səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib
18:28
21 may 2024
Ceyhun Bayramov Ukraynanın yeni səfiri ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
18:18
21 may 2024
Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib
16:26
21 may 2024
Ceyhun Bayramov İran xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri ilə telefon danışığı aparıb - YENİLƏNİB
16:22
21 may 2024