QDİƏT Xarici İşlər Nazirləri Şurasının görüşündə Azərbaycanı Mahmud Məmmədquliyev təmsil edəcək
08 iyun 2012 12:48 (UTC +04:00)
Bakı – APA. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşündə iştirak etmək məqsədi ilə cari ilin 11 iyun tarixində Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin Serbiyanın Belqrad şəhərinə səfəri nəzərdə tutulub. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə QDİƏT-in Daimi Beynəlxalq Katibliyində vakant vəzifələrə (baş katib, baş katibin müavini və icraçı menecerlər) yeni təyinatlarla bağlı keçiriləcək seçkilərin nəticələri, üzv dövlətlər arasında əməkdaşlığın və Nazirlər Şurasının qətnamə, qərar və tövsiyələrinin yerinə yetirilməsinin hazırkı vəziyyəti, QDİƏT - Avropa Birliyi əməkdaşlığı və təşkilatın fəaliyyəti ilə bağlı gündəlikdə olan digər mühüm məsələlərin müzakirəsi planlaşdırılır.
Tədbirin sonunda hesabat qəbul edilməsi nəzərdə tutulur.
Tədbirin sonunda hesabat qəbul edilməsi nəzərdə tutulur.
Xarici siyasət
Azərbaycanla Qazaxıstan arasında dənizçilərin diplomları qarşılıqlı tanınacaq
13:50
13 may 2024
Avropa Parlamentinin nümayəndəsi Şəhidlər xiyabanını ziyarət edib
13:42
13 may 2024
Avropa Parlamentinin üzvü Azərbaycanda səfərdədir
13:40
13 may 2024
ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
12:42
13 may 2024