Monakoda ATƏT Parlament Assambleyasının “ATƏT dəyişikliklər regionu” mövzusunda 21-ci sessiyası keçirilir
06 iyul 2012 08:11 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Monakoda ATƏT Parlament Assambleyasının “ATƏT dəyişikliklər regionu” mövzusunda 21-ci sessiyası keçirilir. APA-nın məlumatına görə, sessiyanın əsas müzakirə mövzusu “ATƏT: dəyişikliklər regionu”dur. Sessiyada ATƏT üzvü ölkələrin parlamentariləri hesabatları dinləyəcək, siyasi məsələlər və təhlükəsizlik, iqtisadiyyat və ətraf mühit, insan haqları komitələri üzrə qətnamələr qəbul edəcəklər. Sessiyanın açılış mərasimində ATƏT PA-nın prezidenti Petros Eftimiu, Monako Knyazlığının dövlət naziri Mişel Roje, ATƏT sədri Eymon Gilmor iştirak ediblər.
Litvalı deputat Viliya Abramikienenin siyasi məsələlər üzrə komitədə təqdim edəcəyi hesabatda ATƏT məkanında həlli olunmamış münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin öz əksini tapacağı gözlənilir.
Sessiyanın yekununda Monako Bəyannaməsi qəbul olunacaq, ATƏT PA-nın yeni prezidenti seçiləcək.
Sessiyada 50-dən artıq ölkəni təmsil edən 270-dək deputat iştirak edir. Azərbaycandan sessiyaya Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti qatılıb.

Xarici siyasət
İtaliya səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib
18:28
21 may 2024
Ceyhun Bayramov Ukraynanın yeni səfiri ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
18:18
21 may 2024
Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib
16:26
21 may 2024
Ceyhun Bayramov İran xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri ilə telefon danışığı aparıb - YENİLƏNİB
16:22
21 may 2024