Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” proqramının 2012-ci il üçün Fəaliyyət Planının birinci hissəsini qəbul edib
02 avqust 2012 08:10 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova-APA. Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində 2012-ci il üçün Fəaliyyət Planının birinci hissəsini qəbul edib. APA-nın məlumatına görə, qəbul edilən qərarlar ilk növbədə nəqliyyat kommunikasiyaları və ətraf mühitin müdafiəsinin yaxşılaşdırılmasıdır. Qərarların maliyyə dəstəyi “Şərq Tərəfdaşlığı” proqramının əsas aləti olan ENPİ vasitəsilə həyata keçirilir. Proqramın ilk hissəsinin reallaşmasına 22 milyon avro vəsait ayrılıb. Bu vəsaitin 9 milyon dolları Meşələrin Mühafizəsi Proqramının icra müddətinin uzadılmasına, 10 milyon dolları region iqtisadiyyatının “yaşıllaşmasına”, 3 milyon dolları isə TRACECA proqram çərçivəsində nəqliyyat sahəsinin inkişafına sərf olunacaq.
Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” proqramında Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova və Ukrayna iştirak edir.
Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” proqramında Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova və Ukrayna iştirak edir.
Xarici siyasət
Şahbaz Şərif Ceyhun Bayramovla Azərbaycan-Pakistan-Türkiyə formatının gücləndirilməsini müzakirə edib
18:16
30 may 2024
BMT Baş katibinin köməkçisi: ANAMA ilə əməkdaşlığımızı daha da genişləndirəcəyik
18:11
30 may 2024
Polineziyalı siyasətçi: Azərbaycanın neokolonizmdən əziyyət çəkən xalqlara dəstəyini yüksək qiymətləndiririk
17:55
30 may 2024
Əli Əsədov Türkiyənin əmək və sosial müdafiə naziri ilə görüşüb
16:56
30 may 2024