Azərbaycan prezidenti: “Azərbaycan NATO-nun çox etibarlı tərəfdaşıdır”
Prezident bildirib ki, Azərbaycanla NATO-ya üzv dövlətlər arasında olan münasibətlər çox geniş, proqnozlaşdırılan və dostluq xarakteri daşıyan münasibətlərdir: “Bu isə öz növbəsində NATO ilə Azərbaycan arasında mövcud əlaqələri daha da gücləndirir. Biz bir çox məsələlər üzərində çalışırıq. O məsələlərdən biri Əfqanıstandakı vəziyyətdir. İlk günlərdən Azərbaycan sülhməramlı əməliyyatlarda iştirak edib və beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin apardığı əməliyyatlara töhfə verib. Əfqanıstandakı hərbçilərimizin sayını 2 dəfə artırmışıq. Biz yerləşdirmə, tranzit, logistika, o cümlədən hava məkanından istifadə dəstəyi ilə töhfəmizi də veririk. Bu gün Əfqanıstana göndərilən qeyri-hərbi yüklərin 30 faizindən çox hissəsi Azərbaycan ərazisi ilə daşınır. Biz fəaliyyətimizi davam etdirməyə hazırıq”.
Prezident qeyd edib ki, Azərbaycan 2014-cü ildən sonra da proseslərin inkişafında iştirak etməyə hazırdır: “Biz, həmçinin təlim proqramlarında, qeyri-hərbi yardım proqramlarında iştirak edirik. Biz əfqan milli ordusunun qəyyumluq fonduna yardım etmişik və əlavə yardımların göstərilməsi ilə bağlı bəyanat vermişik. Başqa sözlə desək, bu əməkdaşlıq çox səmimi və açıqdır, ortaq dəyərlərə əsaslanır. Biz əlimizdən gələni edəcəyik ki, əfqan dostlarımız qarşılaşdıqları çətinlikləri aradan qaldıra bilsinlər”.
Prezident qeyd edib ki, NATO baş katibi ilə regiondakı vəziyyəti, regional təhlükəsizliyi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər: “Azərbaycan münaqişənin tezliklə, beynəlxalq hüquq və ərazi bütövlüyü prinsipləri əsasında həllinə çalışır. Ərazi bütövlüyümüzə verdiyi dəstəyə görə NATO-ya çox minnətdarıq. Bu, Çikaqo sammitinin, o cümlədən əvvəlki Lissabon və Buxarest sammitlərinin sənədlərində əks olunub. Azərbaycan torpaqları demək olar ki, 20 ildir işğal altındadır. Biz bu ədalətsizliyə son qoymalıyıq, bu regional təhlükəni aradan qaldırmalıyıq”.
Prezident görüşdə enerji təhlükəsizliyi mövzusunun da müzakirə edildiyini bildirib: “Azərbaycan bu məsələ ilə bağlı NATO-nun üzv dövlətləri ilə sıx işləyir. Biz nəhəng enerji ehtiyatları aşkar etmişik. Çox müasir daşıma infrastrukturuna, boru kəmərlərinə malikik. Yeni TANAP boru kəmərinin tikintisini planlaşdırırıq. Bu boru kəməri ilə resurslarımızı Avropa bazarlarına nəql edə biləcəyik. Enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan öz səylərini davam etdirməyə, tərəfdaşlığın gücləndirilməsinə hazırdır. Əminəm ki, bu tərəfdaşlıq davam edəcək, xüsusən də nəzərə alsaq ki, biz enerji təhlükəsizliyi məsələləri üzrə üzv dövlətlərlə artıq iş aparırıq, uğurlu olacaq. Bəzi üzv ölkələrin enerji balansında Azərbaycan neftinin payı 30 faizdən artıqdır. Əminəm ki, vaxt gələcək bizim qazımız da Avropadakı dostlarımızın və qonşularımızın qaz istehlakında mühüm yer tutacaq”.
Xarici siyasət
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
Elçin Əmirbəyov Vyetnama işgüzar səfəri çərçivəsində bir sıra şəxslərlə görüşüb
Şavkat Mirziyoyev TDT-də əməkdaşlığın gücləndirilməsinə görə Azərbaycan Prezidentinə təşəkkür edib
Ceyhun Bayramov: Ermənistan sülh sazişinin imzalanması üçün zəruri addımlar atmalıdır
Xəbər Lenti
Frankfurt-na-Maynda iğtişaşlar zamanı 100-dən çox polis xəsarət alıb, 54 nəfər saxlanılıb
Fransada toqquşmalarda 159 polis, 60 aksiya iştirakçısı xəsarət alıb, 4-nün durumu ağırdır - YENİLƏNİB
Portuqaliyada polis və etirazçılar arasında toqquşma olub, 13 nəfər saxlanılıb
Yəmən hökuməti Əl-Cəvf əyalətində strateji mövqelərə nəzarətin təmin edildiyini açıqlayıb
BƏƏ ABŞ-İran müharibəsi ilə bağlı ən pis ssenariyə hazırlaşır
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
Fransadakı etirazlar Makron rejiminin sosial-iqtisadi siyasətinə etimadsızlığı üzə çıxarır - RƏY
“Qalatasaray” klubunun vitse-prezidenti istefa verib
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb
Uşakov: Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir
Göygöldə yük maşını divara çırpılıb, ölən var
Zelenski: Türkiyə Ukrayna və Rusiya arasında praktik və realist vasitəçi ola bilər
Ukrayna Prezidenti: Putinlə Türkiyədə görüşməyə hazıram
ABŞ-da stadionda atışma olub, ölən və yaralananlar var - YENİLƏNİB
DİN: "APA Group" un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb - YENİLƏNİB
Sabah Azərbaycanda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı başlayır
Sabah Bakıda 20, rayonlarda 22 dərəcə isti olacaq
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələnib - VİDEO
Bakıda zəhərlənmə şübhəsi ilə 5 qadın xəstəxanaya yerləşdirilib - YENİLƏNİB-1
“Qızıl Qaya” restoranında baş verən zəhərlənmə şübhəsi ilə bağlı araşdırma aparılır
Prezident İlham Əliyev əlcəzairli həmkarını İnqilab Günü münasibətilə təbrik edib
Bakıda VI “Qələbə qaçışı”nın qalibləri müəyyənləşib - FOTO - YENİLƏNİB
APA Group əməkdaşının peşə fəaliyyətinə mane olunması barədə açıqlama yayıb
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - VİDEO
Tramp və Netanyahu arasında telefon danışığı olub
Gəncədə yol qəzasında 5 nəfər xəsarət alıb - YENİLƏNİB
Fransada kütləvi etiraz aksiyalarıyla əlaqədar 565 nəfər saxlanılıb - YENİLƏNİB
Sürixdə kütləvi iğtişaşlar baş verib - VİDEO
Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb - YENİLƏNİB - VİDEO
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qüvvəyə minib
Bakıda ət kombinatının ərazisində plastik və taxta materiallar yığılmış sahədə yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
KİV: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa razılaşmayıb
Göygöldə avtomobil qəzası nəticəsində 4 nəfər xəsarət alıb
WSJ: OpenAI planlaşdırdığı 30 milyard dollar əvəzinə 11 milyard dollar investisiya cəlb edib
Polşada Konstitusiya Məhkəməsinin vəzifədən uzaqlaşdırılmış rəhbərinin binaya girişi qadağan edilib
Tramp Zelenskini G20 sammitinə dəvət edəcəyini bildirib
Almaniyada etiraz aksiyalarına 100 mindən çox insan qatılıb
Tramp İrana yeni zərbələr endirə biləcəklərini istisna etməyib
Fidan: Ukraynada sülh əldə olunduqdan sonra Avropa Rusiya ilə münasibətlərini yenidən qurmalıdır
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilir
OPEC+ ölkələri dekabrda neft hasilatını dəyişməmək barədə ilkin razılığa gəliblər
Rezai: ABŞ danışıqlardan İrana zərbə endirmək üçün vaxt qazanmaq məqsədilə istifadə edə bilər
Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır
Haaqada etiraz aksiyaları zamanı 34 nəfər saxlanılıb
Almaniyada etirazçılar silah mağazasını qarət ediblər
Yəməndə husilərin əsir saxladığı BMT əməkdaşı ölüb
“Real Madrid”in futbolçusunun evindən 350 min avrodan çox dəyərində əşya oğurlanıb
ABŞ səfirliyinin terror xəbərdarlığından sonra Moskvada “Tsaritsıno” muzey-qoruğu bağlanıb - YENİLƏNİB
Tusk Konstitusiya Tribunalına hücuma görə Polşa Prezidenti və müxalifəti ittiham edib