TürkPA-nın baş katibi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək
10 sentyabr 2012 12:55 (UTC +04:00)
Bakı – APA. Türk PA-nın baş katibi Ramil Həsənovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 12-də Astanada keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) yubiley iclası və xarici işlər nazirlərinin IV görüşündə ilk dəfə olaraq müşahidəçi qismində iştirak edəcək. Türk PA katibliyindən APA-ya verilən məlumata görə, səfər zamanı Türk PA baş katibinin Qazaxıstan xarici işlər naziri Yerjan Kazıkhanovla görüşü nəzərdə tutulub. Eyni zamanda R. Həsənov xarici işlər nazirlərinin IV görüşündə TürkPA-nın fəaliyyəti, görülmüş işlər və gələcək layihələr barədə çıxış edəcək.
Xarici siyasət
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
21:29
18 may 2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
20:24
18 may 2024
Deputat: Azərbaycanla Belarus dost və strateji tərəfdaş ölkələrdir
11:32
18 may 2024
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024