Qənirə Paşayeva ABŞ Konqresinin üzvü Sheila Jackson Lee ilə görüşüb - FOTO
09 oktyabr 2012 06:54 (UTC +04:00)
Bakı – APA. ABŞ-da səfərdə olan millət vəkili Qənirə Paşayeva bu şəhərdə keçirilən Türkidilli Ölkələrin Böyük İpək Yolu Festivalı çərçivəsində ABŞ Konqresinin üzvü xanım Sheila Jackson Lee ilə görüşüb.
APA-nın xəbərinə görə, Sheila Jackson Lee ABŞ-da türk dövlətlərinin və xalqlarının tarixini, mədəniyyətini, adət-ənənəsini, musiqisini, mətbəxini, fəlsəfə və düşüncəsini, keçmişi ilə bərabər bu gününü də özündə əks etdirən böyük və yüksək səviyyəli festival keçirməsinin çox böyük əhəmiyyət daşıdığı vurğulayıb. Bu kimi tədbirlərin xalqlar və dövlətlər arasında əməkdaşlığı daha da genişləndirdiyini deyən Sheila Jackson Lee ABŞ ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin və əməkdaşlığın getdikcə daha da artmasını müsbət dəyərləndirib.
Millət vəkili Qənirə Paşayeva Azərbaycanla ABŞ arasında əlaqələrin və əməkdaşlığın getdikcə daha da artmasından məmnunluğunu ifadə edərək parlamentlərarası əlaqələrin də daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətlərini daha yaxından görmək üçün xanım Sheila Jackson Leeni Azərbaycana dəvət edib.

Xarici siyasət
Azərbaycanla Qazaxıstan arasında dənizçilərin diplomları qarşılıqlı tanınacaq
13:50
13 may 2024
Avropa Parlamentinin nümayəndəsi Şəhidlər xiyabanını ziyarət edib
13:42
13 may 2024
Avropa Parlamentinin üzvü Azərbaycanda səfərdədir
13:40
13 may 2024
ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
12:42
13 may 2024