Bank Of Baku

İstanbulda azərbaycanlıların soyqırımı ilə bağlı elmi-praktiki konfrans keçiriləcək

İstanbulda azərbaycanlıların soyqırımı ilə bağlı elmi-praktiki konfrans keçiriləcək
# 29 mart 2007 14:13 (UTC +04:00)
İstanbulun “Uyğulama” otelinin konfrans zalında Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə “31 mart - Azərbaycanlıların Soyqırımı günüdür” adlı elmi-praktiki konfrans keçiriləcək. Baş konsul Səyyad Aranın APA-ya verdiyi məlumata görə, tədbirə Azərbaycan diasporunun nümayəndələri, Türkiyədə çalışan azərbaycanlı iş adamları, tələbələr, sənət adamları, Türkiyənin məşhur iş adamları, QHT təmsilçiləri, bütün partiyaların İstanbul şəhər təşkilatlarının sədrləri dəvət olunublar. Toplantını baş konsul açacaq, Dumlu Pınar Universitetinin professoru, tarix bölümünün başqanı Aygün Aktar, Fatih Universitetinin dosent-doktoru Cafer Ulu, millət vəkili Qənirə Paşayeva, Mərmərə Universitetinin ilahiyyat fakültəsinin magistri Anar Qafarov çıxış edəcəklər. Tədbirdə DAK sədri Cavad Derəxtinin də iştirakı gözlənilir. S. Aranın sözlərinə görə, konfrans çərçivəsində Heydər Əliyev Fondunun göndərdiyi “Dünya uşaqların gözü ilə” fotosərgi, erməni terroru ilə bağlı 36 dəqiqəlik film nümayiş olunacaq, sonra rəyasət heyətinin plenar iclası keçiriləcək.
Martın 31-də İstanbulda yürüş də keçiriləcək. Bu barədə APA-ya Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı məlumat verib. Yürüş-mitinqin İstanbulun Fateh bölgəsində keçiriləcəyini deyən S. Rüstəmxanlı aksiyanın Dünya Azərbaycanlıları Konqresi və Türkiyədəki azərbaycanlılar tərəfindən təşkil olunduğunu bildirib. Millət vəkili aksiyaya Türkiyədə yaşayan azərbaycanlılarla bərabər, dünyanın digər ölkələrində yaşayan soydaşlarımızın da qatılacağını deyib. Yürüş-mitinqdə iştirak etmək üçün S. Rüstəmxanlı sabah Türkiyəyə yola düşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR