Aprelin 24-də Arxangelsk vilayətində “Azərbaycan günləri” keçirilib
26 aprel 2007 08:11 (UTC +04:00)
Aprelin 24-də Arxangelsk vilayətində Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu və vilayət administrasiyasının təşkilatçılığı ilə “Azərbaycan günləri” keçirilib. Baş Konsulluqdan APA-ya verilən xəbərə görə, tədbirlərdə Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, Arxangelsk administrasiyasının rəhbəri N. Kiselyov və digər rəsmi şəxslər iştirak ediblər. Tədbirlər çərçivəsində V. Kiselyovla ikitərəfli görüş keçirilib, Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu ilə Arxangelsk vilayətinin N. Dobrolyubov adına Milli Kitabxanası arasında əməkdaşlıq haqqında Protokol imzalanıb və həmin kitabxanada “Azərbaycan irsi” bölməsinin rəsmi açılışı keçirilib. Bundan sonra M. Lomonosov adına Dram Teatrının 1000 nəfərlik zalına toplaşan tamaşaçılar (Azərbaycan diasporasının nümayəndələri, Arxangelsk vilayətinin rəsmiləri, müharibə və əmək veteranları, tələbələr) qarşısında Azərbaycanın mahir sənət ustası, xalq artisti Səkinə İsmayılovanın rəhbərliyi altında muğam uçlüyü çıxış edib, E. Əzizov və İ. Əfəndiyevanın ifalarında Azərbaycan və Qərbi Avropa klassik musiqisi səslənib, həmçinin Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı xoreoqraf S. İsmayılova milli rəqslər ifa edib. Tədbirin rəsmi hissəsini açan Arxangelsk vilayəti başçısının müavini N. Sitkin və baş konsul Q. Osmanov Rusiya ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin gücləndirilməsində iki dövlətin prezidentlərinin misilsiz rolunu xüsusi vurğulayıblar. Tədbirdən sonra iştirakçılara Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğu adından 500 nəfərlik rəsmi ziyafət verilib. Həmin gün səfir P. Bülbüloğlu və baş konsul Q. Osmanov mətbuat konfransı keçiriblər. Bundan əlavə, səfir və baş konsul Arxangelsk vilayətində yaşayan soydaşlarımızla görüş keçiriblər.
Qeyd edək ki, Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin vəfatı ilə əlaqədar bütün ölkə ərazisində 25 aprel tarixində matəm elan olunduğu üçün həmin tarixdə Arxangelsk vilayətinin Severodvinsk şəhərində planlaşdırılmış rəsmi görüşlər və konsert proqramı ləğv olunub. /APA/
Qeyd edək ki, Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin vəfatı ilə əlaqədar bütün ölkə ərazisində 25 aprel tarixində matəm elan olunduğu üçün həmin tarixdə Arxangelsk vilayətinin Severodvinsk şəhərində planlaşdırılmış rəsmi görüşlər və konsert proqramı ləğv olunub. /APA/
Xarici siyasət
ABŞ səfiri Şuşaya gedib
12:54
6 may 2024
Simonyan: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi tezliklə imzalanmalıdır
12:46
6 may 2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilib
12:42
6 may 2024
Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb
11:02
6 may 2024