Bank Of Baku

Bakı və Amman şəhərlərinin qardaşlaşması haqqında dövlətlərarası sənəd imzalanacaq

Bakı və Amman şəhərlərinin qardaşlaşması haqqında dövlətlərarası sənəd imzalanacaq
# 30 aprel 2007 16:15 (UTC +04:00)
Azərbaycan prezidenti İlham Əliyevin İordaniyaya rəsmi səfəri zamanı Bakı və Amman şəhərlərinin qardaşlaşması haqqında dövlətlərarası sənəd imzalanacaq. Bu barədə APA-ya Azərbaycanın İordaniyada fövqəladə və səlahiyyətli səfiri Elman Araslı məlumat verib. Səfərin yay aylarında gerçəkləşəcəyi gözlənilir, hazırda diplomatik kanallar vasitəsilə səfər hazırlıq işləri aparılır. Elman Araslı səfər zamanı Azərbaycan İordaniya arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir neçə sənədin imzalanacağını bildirib. Qeyd edək ki, İordaniya kralı II Abdulla ötən ilin avqustunda Azərbaycanda səfərdə olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR