Artur Lenk: “İsrail Fələstində vəziyyətin gərginləşməsində maraqlı deyil”

Artur Lenk: “İsrail Fələstində vəziyyətin gərginləşməsində maraqlı deyil”
# 18 may 2007 08:52 (UTC +04:00)
“Hazırda Fələstində vəziyyət ağır olaraq qalır. Fələstinlilər bir-birilərini qətlə yetirirlər. Regionda vəziyyət təhlükəli həddə çatıb, İsrail situasiyanın gərginləşməsində maraqlı deyil”. Bu eksklüziv açıqlamanı APA-ya İsrailin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Artur Lenk verib. O, ölkəsinin bu proseslərə zorla cəlb edilə biləcəyini deyib: “Əgər “Hamas” qruplaşması ictimai rəyi Fələstində baş verənlərdən yayındırmaq üçün İsrail vətəndaşlarına yönəlik addım atsa, biz öz xalqımızın müdafiəsinə qalxacağıq. İsrail bu prosesə cəlb olunmaq istəmir, biz Fələstin xalqına sülh arzulayırıq. Müharibə - bizim axtardığımız şey deyil, biz fələstinlilərlə dinc qonşuluq şəraitində yaşamağı arzulayırıq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR