Payızda Qazaxıstan parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir

Payızda Qazaxıstan parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir
# 18 may 2007 09:12 (UTC +04:00)
Payızda Qazaxıstan parlamenti nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Andar Şukputov verib: “Ötən il Milli Məclisin Azərbaycan-Qazaxıstan dostluq qrupunun üzvləri Astanaya səfər edib və həmkarlarını Azərbaycana dəvət ediblər. Lakin dəvət şifahi şəkildə olub, səfərin baş tutması üçün rəsmi dəvət göndərilməlidir. Bizim parlamentin üzvləri ilə söhbət etmişəm, onlar Azərbaycana böyük məmnuniyyətlə səfər etmək istəyirlər. Yəqin ki, səfər parlament tətili başa çatdıqdan sonra sentyabr-oktyabr aylarında baş tuta bilər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR