Səfir Per Stankina: “Almaniya nümayəndə heyətinin Xankəndiyə səfəri barədə məlumatın həqiqət olduğuna inanmıram”

Səfir Per Stankina: “Almaniya nümayəndə heyətinin Xankəndiyə səfəri barədə məlumatın həqiqət olduğuna inanmıram”
# 18 may 2007 09:20 (UTC +04:00)
O, Almaniya nümayəndə heyətinin Dağlıq Qarabağa səfər etməsi ilə bağlı məlumatın həqiqət olduğuna inanmadığını deyib. Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov APA-ya açıqlamasında xarici ölkələrin nümayəndə heyətlərinin Azərbaycanın işğal altında olan ərazilərinə səfərləri ilə bağlı məlumatları ciddi şəkildə izlədiklərini bildirib: “Bu kimi səfərləri izləyir və öz mövqeyimizi açıqlayırıq. Ermənilər müxtəlif ölkələrin nümayəndə heyətlərinin, o cümlədən parlamentarların Dağlıq Qarabağa səfər etməsi ilə bağlı mütəmadi olaraq dezinformasiya yayırlar. Bununla belə biz bu məsələni həmişə diqqət mərkəzində saxlayırıq”. Qeyd edək ki, Almaniyanın siyasi, ictimai və işgüzar dairələrinin təmsilçilərindən ibarət nümayəndə heyəti Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında səfərdədir. Nümayəndə heyəti hazırda qondarma qurumun rəsmiləri ilə görüşlər keçirir. Xankəndiyə səfər edən nümayəndə heyətinin tərkibində Bundestaqın deputatı Markus Qizeke də var. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzinin rəhbəri Xəzər İbrahim APA-ya bildirib ki, nazirlik bu faktla bağlı ölkəmizin Almaniyadakı səfirliyinə araşdırma aparmağı və öz rəsmi etirazını bildirməyi tapşırıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR