Denis Bribosia: “Zərurət olarsa, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda media ilə bağlı məhkəmə proseslərini araşdıra bilər”

Denis Bribosia: “Zərurət olarsa, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda media ilə bağlı məhkəmə proseslərini araşdıra bilər”
# 18 may 2007 09:27 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Avropa Şurası baş katibinin Azərbaycanda xüsusi nümayəndəsi Denis Bribosia verib. Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi zərurət yaranacağı təqdirdə Azərbaycanda media məsələləri ilə bağlı məhkəmə proseslərini araşdıra bilər. “Amma ümidvarıq ki, bu işlərin hamısını Azərbaycan məhkəmələri həll edəcəklər. AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Toni Lloyd və Andres Herkelin qurumun yay sessiyasında ölkədə media azadlığı ətrafında vəziyyətin müzakirəsini təklif edəcəklərini bilmirəm, amma əminəm ki, bu problem onları da narahat edir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR