Per Stankina: “Azərbaycan Almaniyadan siyasi sığınacaq istəyən 6.500 azərbaycanlının geri qaytarılması ilə bağlı danışıqlara başlamaq istəmir”

Per Stankina: “Azərbaycan Almaniyadan siyasi sığınacaq istəyən 6.500 azərbaycanlının geri qaytarılması ilə bağlı danışıqlara başlamaq istəmir”
# 18 may 2007 09:42 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Almaniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Per Stankina verib. “Almaniyadan siyasi sığınacaq istəyən azərbaycanlıların geriyə qaytarılması deportasiya məsələsi deyil, bu, beynəlxalq qanunvericilik məsələsidir. Hər bir ölkə öz vətəndaşları üçün cavabdehlik daşıyır. Əgər bu şəxslər konkret ölkənin vətəndaşlarıdırsa, həmin ölkə öz vətəndaşlarının geri qayıtmasını təmin etməlidir. Problemi həll etmək üçün Almaniya və Azərbaycan əməkdaşlıq etməli, danışıqlar aparmalıdır, amma Bakı hələlik bu məsələyə reaksiya vermir. Bir müddət əvvəl biz danışıqlara başlamağı təklif etmişik. Sonrakı mərhələdə necə hərəkət edəcəyimizi bilmək istəyirik. Danışıqlar aparmaq üçün bir neçə ay əvvəl Almaniyadan nümayəndə heyəti Bakıya gəldi, daha sonra biz Azərbaycan tərəfinin Almaniyaya gələcəyini gözlədik. Amma Bakıdan Almaniyaya heç kəs gəlmədi. Azərbaycan hələ də bu məsələ ilə bağlı danışıqlara başlamaq istəmir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR