Robin Sivord: “ATƏT-in Bakı Ofisi Azərbaycanda polislər üçün xüsusi treninq proqramı hazırlayır”

Robin Sivord: “ATƏT-in Bakı Ofisi Azərbaycanda polislər üçün xüsusi treninq proqramı hazırlayır”
# 18 may 2007 09:57 (UTC +04:00)
“ATƏT-in polis orqanları ilə bağlı proqramı 2-3 il davam edəcək. Bu, çox mühüm və geniş proqramdır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ATƏT-in Bakı Ofisi rəhbərinin müavini Robin Sivord verib. O, Azərbaycan hakimiyyət orqanlarının bu məsələdə ATƏT-lə yüksək səviyyədə əməkdaşlıq etdiyini deyib: “İyunun 30-da Mingəçevirdə polis günü keçirəcəyik. Tədbirdə bir neçə min insanın iştirakı gözlənilir. Bundan başqa biz Azərbaycanda polislər üçün xüsusi treninq proqramı üzərində çalışırıq. Müşahidələrimizdən bu qənaətə gəlmişik ki, Azərbaycan polisi öyrənmək və təkmilləşmək istəyir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR