Bank Of Baku

Səfir Hüseyn Avni Karslıoğlu: “Türk generallarının Azərbaycana səfəri hərbi əməkdaşlığı daha da genişləndirmək məqsədi daşıyır”

Səfir Hüseyn Avni Karslıoğlu: “Türk generallarının Azərbaycana səfəri hərbi əməkdaşlığı daha da genişləndirmək məqsədi daşıyır”
# 23 may 2007 11:01 (UTC +04:00)
“Türkiyə ordusu generallarının Azərbaycana səfərləri iki ölkə arasında imzalanmış sənədlərə uyğun olaraq həyata keçirilir və hərbi əməkdaşlığın daha da genişləndirilməsi məqsədi daşıyır”. Bu açıqlamanı APA-ya Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Karslıoğlu verib. Səfir bildirib ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının zabitlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərində məqsəd ölkəmizlə tanışlıq, təhsil və kadrların hazırlığı sahəsində əməkdaşlığı genişləndirməkdir. Azərbaycan və Türkiyənin hərbi qurumları arasında uzunmüddətli fəaliyyət planının hazırlanmasına gəlincə, səfir onda bu barədə məlumatın olmadığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR