Bank Of Baku

Almaniya səfiri Per Stankina: “Azərbaycanda alman əsirlərin dəfn olunduğu beş qəbiristanlıq barədə məlumatımız var”

Almaniya səfiri Per Stankina: “Azərbaycanda alman əsirlərin dəfn olunduğu beş qəbiristanlıq barədə məlumatımız var”
# 23 may 2007 11:59 (UTC +04:00)
“Şəmkir rayonunun Almaniya ilə bağlı keçmişi var, bu səbəbdən adı çəkilən rayona səfər etmək istəyirəm”. APA-nın Qərb bürosunun məlumatına görə, bu açıqlamanı jurnalistlərə Almaniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Per Stankina verib. Gəncədə keçirilən Azərbaycan-Almaniya biznes-forumuna qatılan Per Stankina bildirib ki, Şəmkirə səfərlə bağlı bu rayonun rəhbərliyindən dəvət alıb: “Şəmkir yaxınlığında Almaniya tarixinə dair arxeoloji qazıntılar aparılıb. Bu qazıntılar həmin rayonun qədim tarixindən xəbər verir. Mən burada əsasən həmin arxeologiya mərkəzini görmək istəyərdim. Almaniyadan Azərbaycana gətirilmiş əsirlərin dəfn olunduğu beş qəbiristanlıq barədə bizdə məlumat var. Amma bizim bildiyimizə görə belə qəbiristanlıqların sayı daha da çox olmalıdır. Mən həmin qəbiristanlıqlara baş çəkmək istəyirəm, amma onların harada yerləşdiyi barədə məlumatım yoxdur”. /APA/

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR