Bank Of Baku

Per Stankina: “Azərbaycan və Almaniyanın universitetləri arasında əlaqələr yaradılmasına çalışırıq”

Per Stankina: “Azərbaycan və Almaniyanın universitetləri arasında əlaqələr yaradılmasına çalışırıq”
# 23 may 2007 12:09 (UTC +04:00)
“Səfirlik olaraq əsas missiyamız Azərbaycanla Almaniya arasında əlaqələr yaratmaqdır. Birinci mərhələ olaraq Azərbaycana iqtisadi nümayəndə heyətini gətirmişik. Sonrakı mərhələdə hansı işlərin görülməsi biznes-forumda keçiriləcək görüşlərdən asılıdır”. APA-nın Qərb bürosunun məlumatına görə, bu açıqlamanı jurnalistlərə Gəncədə keçirilən Azərbaycan-Almaniya iqtisadi forumuna qatılan Almaniyanın ölkəmizdəki səfiri Per Stankina verib. O, qarşıda duran əsas vəzifələrdən biri Almaniya və Azərbaycanın ali təhsil müəssisələri arasında əlaqələrin yaradılması olduğunu deyib: “Universitetlərlə yanaşı orta ümumtəhsil məktəbləri arasında əlaqələrin yaradılmasını istəyirik. Çalışırıq ki, Azərbaycan məktəblərində alman dili daha çox tədris olunsun. Növbəti mərhələdə əsas məqsədlərimizdən biri Azərbaycanda yerli əhalinin Almaniya mədəniyyətinə marağını artırmaqdır. Buna görə də biz mədəni sahələr üzrə əlaqələri genişləndirmək niyyətindəyik. Bu, bizim ilkin mərhələdə görəcəyimiz işlərdir. Biz Almaniya tərəfi olaraq Azərbaycanda əsasən ən vacib sahələrdə əlaqələr qurmaq istəyir və ilkin mərhələdə əsasən kənd təsərrüfatı və turizm sahəsinə üstünlük veririk. Hazırda biznes-foruma Almaniyadan kənd təsərrüfatı sahəsində çalışan iş adamları qatılıb. Onlar Gəncədən olan kənd təsərrüfatı mütəxəssisləri ilə görüşəcək və əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər”. Səfir nümayəndə heyətinin spesifik sahələrdən olan iş adamlarından formalaşmasını Azərbaycana ona böyük maraqla izah edib: “Forumda sənaye sektorunun təmsilçiləri və kino sahəsində çalışan bir təşkilat iştirak edir. Eşitdiyimə görə, Gəncədə çox böyük kinoteatr var və bura 14 ildən artıqdır ki, fəaliyyət göstərmir. Biz bilirik ki, hal-hazırda Gəncə şəhərində heç bir kinoteatr fəaliyyət göstərmir. Lakin əminik ki, xüsusi ilə gənclər həmişə kinoya maraq göstərir və kinoteatra getmək istəyirlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR