Bank Of Baku

Araz Əzimov Almaniyada Kerber Fondunun təşkil etdiyi dəyirmi masada çıxış edib

Araz Əzimov Almaniyada Kerber Fondunun təşkil etdiyi dəyirmi masada çıxış edib
# 23 may 2007 13:13 (UTC +04:00)
Xarici işlər nazirinin müavini Araz Əzimovun Almaniyaya səfəri bu gün başa çatacaq. Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Araz Əzimov Almaniya Xarici İşlər Nazirliyində danışıqlardan sonra Bundestaqda təmsil olunan bəzi fraksiyaların nümayəndələri, Almaniya baş kanslerinin aparatının təmsilçiləri ilə danışıqlar aparıb. Bundan başqa Araz Əzimov Kerber Fondunun təşkil etdiyi dəyirmi masada iştirak edib. Almaniya Xarici İşlər Nazirliyi, Bundestaq, Almaniyanın siyasi və elmi dairələrinin təmsilçilərinin qatıldığı dəyirmi masada çıxış edən xarici işlər nazirinin müavini Cənubi Qafqaz regionunda vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu, qaçqınların vəziyyəti və s. barədə iştirakçılara məlumatlar verib. Qeyd edək ki, Araz Əzimovun Almaniyaya səfərində məqsəd iki ölkənin xarici siyasət idarələri arasında təhlükəsizlik sahəsinə dair ikitərəfli məsləhətləşmələrdə iştirak etmək idi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR