Bank Of Baku

Deniz Bribosia: “Azərbaycandakı tolerantlıq bir çox Avropa dövlətinə örnək ola bilər”

Deniz Bribosia: “Azərbaycandakı tolerantlıq bir çox Avropa dövlətinə örnək ola bilər”
# 23 may 2007 17:03 (UTC +04:00)
APA-nın məlumatına görə, “Təbriz” mehmanxanasında təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran D. Bribosia Naxçıvanda olmaqdan məmnunluğunu bildirib, iki günlük səfərinin yüksək səviyyədə təşkil olunduğunu deyib. Mətbuat konfransında verilən sualların əksəriyyəti Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində Avropa Şurasının mövqeyi ilə bağlı olub. “Nə üçün Avropa Şurasını 17 ildir, blokadada yaşayan əhalinin vəziyyəti deyil, hansısa qəbir daşları maraqlandırır” sualına qonaq “Naxçıvana səfərimin məqsədi regionla tanışlıq, eyni zamanda region haqqında məlumat toplamaqdır. Burada toplanılan məlumatları məruzə edəcəyəm” cavabını verib. Ermənistanda keçirilən parlament seçkilərinə də toxunan D. Bribosia əvvəlki seçkilərə nisbətən demokratiyaya doğru irəliləyiş olduğunu, lakin seçkilərin tam demokratik keçmədiyini bildirib. Azərbaycandakı tolerantlığın bir çox Avropa dövlətinə örnək ola biləcəyini qeyd edən qonaq Avropaya inteqrasiya istiqamətində ölkənin apardığı siyasəti yüksək qiymətləndirib.
Qeyd edək ki, D. Bribosianın Naxçıvana səfəri bu gün başa çatıb və o, Bakıya qayıdıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR