Bank Of Baku

Türkiyə qəzetlərində Azərbaycan Demokratik Cümhuriyyəti haqqında materiallar dərc olunacaq

Türkiyə qəzetlərində Azərbaycan Demokratik Cümhuriyyəti haqqında materiallar dərc olunacaq
# 24 may 2007 14:05 (UTC +04:00)
Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi 28 may - Respublika Günü münasibətilə bir sıra tədbirlər planlaşdırıb. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 25-də səfirliyin binasında təntənəli mərasim keçiriləcək. Mərasimdə hökumət, dövlət adamları, TBMM-nin üzvləri, ölkədə fəaliyyət göstərən səfirlilk və nümayəndəliklərin rəhbərləri, mətbuat nümayəndələri, ictimai xadimlər, ali təhsil ocaqlarının rəhbərləri, soydaşlarımız, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər. Səfirliyin xətti ilə Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması, fəaliyyəti və qurucuları haqqında materiallar Türkiyə qəzetlərdə dərc etdiriləcək, səfir Zakir Həşimovun qəzetlərə müsahibəsi də nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR