Bank Of Baku

Azərbaycanın İtaliya və İsveçrədəki səfirlikləri 28 May - Respublika günü münasibətilə tədbirlər keçirib

Azərbaycanın İtaliya və İsveçrədəki səfirlikləri 28 May - Respublika günü münasibətilə tədbirlər keçirib
# 25 may 2007 16:21 (UTC +04:00)
Azərbaycanın İtaliyadakı səfirliyi 28 May - Respublika günü və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 15 illiyi münasibətilə Roma şəhərinin “Marriott” mehmanxanasında rəsmi ziyafət verib. Azərbaycan XİN-in Mətbuat Mərkəzindən APA-ya daxil olan məlumata görə, ziyafətdə İtaliyanın dövlət və hökumət nümayəndələri, senator və deputatlar, iri şirkətlərin və iqtisadi institutların nümayəndələri, kütləvi informasiya vasitələrinin və diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Mayın 23-də Azərbaycanın İsveçrədəki səfirliyi də 28 May - Respublika günü münasibətilə diplomatik qəbul keçirib. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, təxminən 200 nəfərin qatıldığı qəbulda İsveçrənin Federal Xarici İşlər Nazirliyinin, parlamentin, digər dövlət orqanlarının, yerli təşkilatların nümayəndələri, İsveçrə silahlı qüvvələrinin Baş Qərargah rəisi, İsveçrədə akkreditə olunmuş diplomatik missiyaların, mətbuatın, eləcə də Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Qəbulda həmçinin İsveçrədə ezamiyyətdə olan səhiyyə naziri Oqtay Şirəliyev, AMEA prezidenti Mahmud Kərimov da iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR