Bank Of Baku

Vaşinqton meri 28 Mayın ABŞ paytaxtında və şəhərin daxil olduğu Kolumbiya Dairəsində rəsmən Azərbaycan Respublikasının Günü kimi qeyd olunması barədə qərar verib

Vaşinqton meri 28 Mayın ABŞ paytaxtında və şəhərin daxil olduğu Kolumbiya Dairəsində rəsmən Azərbaycan Respublikasının Günü kimi qeyd olunması barədə qərar verib
# 26 may 2007 09:35 (UTC +04:00)
Bu barədə APA-nın ABŞ bürosuna Azərbaycanın bu ölkədəki səfirliyindən məlumat verilib. Səfirlikdən bildirilib ki, Vaşinqton şəhərinin meri Adrian M. Fenty bu qərarı verərkən iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15 ilinin tamam olmasını, Azərbaycanın Cənubi Qafqazda demokratiyanın inkişafındakı xidmətlərini nəzərə alıb. Eyni zamanda mer Amerika azərbaycanlılarının ölkəyə sədaqətlə xidmət etdiklərini, xüsusən elm sahəsində ABŞ-a böyük fayda gətirdiklərini qeyd edib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR