Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov: “İsveçrə Azərbaycanın regionda artmaqda olan rolunu dərk edən ölkədir”
- Azərbaycan-İsveçrə münasibətləri son iki il ərzində surətlə inkişaf edir. 2005-ci ilin oktyabr ayından bu ölkədə səfirliyimiz fəaliyyətə başlayıb və bu amil iki ölkə arasında əlaqələrin dinamik inkişafına səbəb olub. Keçmiş xarici işlər naziri, hazırkı prezident xanım Mişlin Kalmi-Rey keçən ilin fevral ayında Azərbaycana səfər edib və iqtisadi və hüquqi sahələrə dair dörd ikitərəfli mühüm saziş imzalayıb. Bu il yanvarın sonunda isə Davosda Azərbaycan və İsveçrə prezidentləri görüşüb, ikitərəfli münasibətləri müzakirə ediblər. Qeyd edim ki, Bakıda İsveçrə səfirliyinin açılması gözlənilir. İsveçrə hökuməti bizim təklifimiz əsasında Ankaradakı səfirliyin Bakıda ofisini açmaq barədə qərar qəbul edib, hazırda bu ofisə müvəqqəti işlər vəkili başçılıq edir. İsveçrə Azərbaycanın regionda artmaqda olan rolunu dərk edən bir ölkədir, onlar regionda İsveçrənin fiziki təmsil olunması məsələsinə yenidən baxmaq istəyirlər və başa düşürlər ki, vaxtı ilə bəzi səbəblərə görə Tiflisdə açılmış səfirlik hər üç ölkəni əhatə etmək iqtidarında deyil.
- 2007-ci ildə iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün hansısa konkret addımlar gözlənilirmi?
- Bu il Azərbaycanla İsveçrə arasında siyasi məsləhətləşmələr və təhlükəsizlik sahəsində məsləhətləşmələr keçiriləcək. Həm Azərbaycan, həm İsveçrə ölkələrimizin tutduğu yer, geostrateji əhəmiyyəti, beynəlxalq proseslərdə oynadıqları rol haqqında fikir mübadiləsi aparmaq niyyətindədir. Biz çalışırıq ki, ilin axırına kimi İsveçrədən Azərbaycana və Azərbaycandan İsveçrəyə yüksək səviyyəli səfərlər təşkil olunsun. Bundan başqa 2007-2008 illərdə mədəniyyət sahəsində çoxlu tədbirlər keçiriləcək.
- Azərbaycan-İsveçrə iqtisadi əlaqələrinin mövcud durumunu qənaətbəxş saymaq olarmı?
- Əgər ötən il iki ölkə arasında ticarət dövriyyəsi 28 milyon ABŞ dolları idisə, bu il bu rəqəm 3 dəfədən çox artaraq 100 milyonu keçib. Çox maraqlıdır ki, bu artım enerji sahəsində əməkdaşlıq hesabına baş verməyib. İsveçrə bizdən neft məmulatı və qaz almır. İsveçrə bizim qeyri-neft sektorunda ən iri sərmayəçilərdən biridir. “Qaradağ-Sement” Açıq Tipli Səhmdar Cəmiyyəti İsveçrənin “Holcim” şirkəti tərəfindən idarə olunur. İsveçrədə Azərbaycan haqqında və onun iqtisadiyyatı haqqında, orada olan imkanlar haqqında məlumatlar daha çox artır, İsveçrədən iş adamları gəlib Azərbaycana maraq göstərir, burada olan ab-hava onlara imkan verir ki, vəsait qoyub gəlir əldə etsinlər. Bu da sözsüz ki, hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərir.
- Siz həmçinin bir neçə beynəlxalq təşkilat və Müqəddəs Taxt-Tacda səfir kimi akkreditə olunubsunuz. Vatikanın dövlət katibinin Bakıda inşa edilmiş kilsənin açılış mərasimində gözlənilir. Bu səfər nə vaxt baş tutacaq?
- Vatikanla ikitərəfli əlaqələrimiz sürətlə inkişaf edir. Yeni tikilmiş katolik kilsəsinin açılışı bu müstəvidə çox vacib bir tədbirdir və onun yüksək səviyyədə keçirilməsində həm Azərbaycan, həm də Vatikan çox maraqlıdır. Hal-hazırda həm səfirliyimiz həm də Vatikanın Azərbaycandakı nunsisinin vasitəsilə bu məsələ ilə bağlı müzakirələri davam etdirir. Hər iki tərəf istəyir ki, kilsənin rəsmi açılışında mümkün qədər yüksək səviyyədə Vatikan rəsmiləri təmsil olunsun. Hal-hazırda söhbət noyabr ayından gedir. Biz istəyirik ki Vatikanın ikinci adamı sayılan dövlət katibi, eyni zamanda baş naziri sayılan Tarçizio Bertoni Azərbaycan səfər eləsin. Onun iş qrafiki imkan verməsə, kardinallardan birinin, xüsusilə mədəniyyət və dinlər arası dialoq üzrə cavabdeh olan kardinalın Azərbaycana səfəri ilə bağlı məsləhətləşmələr aparırıq. Digər variant yeni təyin olunmuş xarici işlər naziri Mambertinin səfəridir. O. Azərbaycana səfər etməyə maraq göstərib, hal-hazırda konkret tarixlər dəqiqləşdirilir.
- İsveçrədəki Azərbaycan diasporu ilə əməkdaşlıq edirsinizmi?
- İsveçrədə yaşayan soydaşlarımızın sayı o qədər də çox deyil. Burada Azərbaycandan olan azərbaycanlıların sayı bir neçə yüz nəfərdən artıq deyil. Son zamanlar İsveçrədə təhsil alan azərbaycanlı tələbələrin sayı artıb, bu, yaxşı göstəricidir. İsveçrənin qabaqcıl universitet və kolleclərdə, hətta orta məktəblərdə də azərbaycanlılar oxuyur. Bu da bizim İsveçrənin gündəlik həyatında intellektual səviyyədə təmsil olunmamıza təkan verir. İsveçrədə yaşayan azərbaycanlıların əksəriyyəti Türkiyənin İqdır vilayətindən və İrandan köçmüş şəxslərdir. Biz səfirlik olaraq onları müxtəlif tədbirlərə dəvət edir, aralarında ünsiyyət yaranmasına imkan yaradırıq.
- Qaçqın statusu almaq üçün İsveçrə hökumətinə müraciət edən Azərbaycan vətəndaşlarının sayı çoxdurmu?
- Bir müddət belə insanların sayı çox idi. Federal Miqrasiya Xidməti bizə müraciət edərək xahiş etdi ki, onlara müəyyən köməklik göstərək. Kimsə özünü Azərbaycandan qovulmuş bir erməni kimi təqdim edirsə, bizim konsulluq işçiləri onlarla müsahibə aparır və bir-iki sualla müəyyən edir ki, onlar Azərbaycandan gəlib, yoxsa, qeyri-qanuni yolla qaçqın statusu almaq istəyirlər. İsveçrənin immiqrasiya qaydaları getdikcə sərtləşir. Orada sağ partiyalar güclü nüfuza malikdir və bu partiyalar istəmirlər ki, İsveçrə Amerikaya dönsün və oraya müxtəlif ölkələrdən hüdudsuz sayda adamlar gəlsin. Onlar bu prosesi İsveçrə xalqının yaxşı yaşaması üçün təhlükə kimi dəyərləndirirlər. Ona görə son zamanlar İsveçrəyə axın xeyli azalıb. Hazırda İsveçrədə qeyri-leqal vəziyyətdə yaşayan azərbaycanlıların sayı Ermənistan və Gürcüstandan olanlarla müqayisədə 5 dəfə azdır. Azərbaycanla İsveçrənin bu sahədə ciddi problemləri yoxdur. /APA/
Xarici siyasət
Ceyhun Bayramov Koreya xarici işlər nazirinin müavini ilə görüşüb
Abraham Hamade Milli Məclisin sədrini ABŞ Konqresində görməyi arzuladığını bildirib
XİN rəhbəri: 907-ci düzəliş Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır
Baş prokuror İƏT nümayəndə heyəti ilə görüşüb
Xəbər Lenti
DÇ-2026: Qana millisi Panama yığmasını məğlub edib
Tramp memorandumun imzalanmasından sonra neftin ucuzlaşdığını bildirib
Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar
Maxaçev yarımorta çəkidə çempionluq titulunu Qerri ilə döyüşdə müdafiə edəcək
Tramp: İranın ballistik raketlərə malik olmasının tam qadağan edilməsi ədalətsizlik olardı
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
Tramp: İsrail Livanda daha yumşaq davranmalıdır
Rütte NATO daxilində fikir ayrılıqlarını azaltmaq üçün ABŞ-a səfər edəcək
Merz: İsrail Yaxın Şərqdə gərginliyin mənbəyinə çevrilməməlidir
G7 ölkələri Ukraynada uzaqmənzilli raketlərin istehsalını nəzərdən keçirir
Tramp: ABŞ və İran arasında saziş 48 saat ərzində imzalana bilər
DÇ-2026-da növbəti sensasiya: Portuqaliya Konqo DR ilə heç-heçə edib
CNN ABŞ və İran arasında əldə olunan 14 maddəlik anlaşma memorandumunun mətnini dərc edib
İran öhdəlikləri yerinə yetirdikcə ABŞ sanksiyaları mərhələli şəkildə ləğv edəcək
Vladimir Putin Kazanda Hakan Fidanı qəbul edib
Niderland Ukraynaya 500 milyon avroluq yeni hərbi yardım ayıracaq
Rusiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
İsrail Qəzzada HAMAS-ın snayper bölməsinin komandirinin məhv edildiyini açıqlayıb
Tramp: İranla müharibənin davam etməsi iqtisadi fəlakətə səbəb ola bilərdi
ABŞ Rusiya və Çini nüvə silahlarının azaldılması ilə bağlı birgə saziş bağlamağa çağırıb
ABŞ Prezidenti: Zelenski və Putin danışmalıdır, lakin bunu necə edəcəklərini bilmirlər
Tramp: İranla yekun saziş 60 gün ərzində əldə olunmasa, zərbələr bərpa ediləcək
Ağdamda sel təhlükəsi aradan qaldırılıb, 60 evin qaz təchizatı bərpa edilib - YENİLƏNİB
Tramp: ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib
II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib - FOTO - YENİLƏNİB
Ceyhun Bayramov Koreya xarici işlər nazirinin müavini ilə görüşüb
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olub
Könül Vəlibəyli və daha 2 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı məhkəmə başlayıb
Xocalıda heyvandarlıq kompleksi ilə tanışlıq olub
Əmanətlərin Sığortalanması Fondunda ABŞ nümayəndə heyəti ilə görüş keçirilib
Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib
Deputat Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı təqsirləndirilənlərdən biri barədə qərar verilib
Samvel Karapetyanın seçki blokundan deputatlığa namizəd tutulub
Sosial xidmətin inkişafına dair Dövlət Poqramının icrası müzakirə olunub
Robert Koçaryana qarşı cinayət işi başlanacaq
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxunub
"Bloomberg": Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır
Abraham Hamade Milli Məclisin sədrini ABŞ Konqresində görməyi arzuladığını bildirib
XİN rəhbəri: 907-ci düzəliş Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır
Baş prokuror İƏT nümayəndə heyəti ilə görüşüb
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
Dələduzluq piramidasının admini olan şəxsə cəza istənilib
Xətaidə mağazadan 10 min manat oğurlanıb
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
HP: Rəqəmsal iqtisadiyyat qlobal ÜDM-in 17,3 faizini təşkil edir
ADY və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
Həbsdə olan şəxsin vaxtilə gizlətdiyi silahlar tapılıb - FOTO
“Azərsun Holdinq” “Milli Xalq Oyunları” Festivalına dəstək verib
Ukrayna ordusu Qara dənizdə Rusiyanın “kölgə donanması”nın tankerini və iki körpünü vurub