Bank Of Baku

Almaniya səfirliyi “Beynəlxalq parlament təqaüdü” proqramında iştirak üçün sənəd qəbuluna başlayıb

Almaniya səfirliyi “Beynəlxalq parlament təqaüdü” proqramında iştirak üçün sənəd qəbuluna başlayıb
# 05 iyun 2007 11:58 (UTC +04:00)
Almaniyanın Azərbaycandakı səfirliyi “Beynəlxalq parlament təqaüdü” (“İnternationales Parlaments Stipendium”) proqramına ərizələrin qəbuluna başlayıb. Səfirlikdən APA-ya verilən məlumata görə, sosial, akademik və ya siyasi sahədə fəal iştirak edən, Azərbaycanın gələcəyini birlikdə qurmaq istəyən, siyasət səhnəsinin “arxasına” baxmağa və demokratiyanı yaxından izləməyə həvəsli olanlar Almaniya Bundestaqı və Berlin universitetləri tərəfindən həyata keçirilən proqramda iştirak imkanından istifadə edib “Beynəlxalq parlament təqaüdü” almaq üçün sənədlərini göndərə bilər. Proqramın əsas məqsədi gənclərin demokratiyaya və cəmiyyətə maraqlarını artırmaq, onları demokratik həyatda iştiraka həvəsləndirməkdir. Sənədlər iyunun 30-na qədər qəbul olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR