Bank Of Baku

Azərbaycanın Hindistandakı səfirliyi tərəfindən Hindistan Xarici İşlər Nazirliyinin texniki əməkdaşlıq üzrə birgə katibi ilə görüş keçirilib

Azərbaycanın Hindistandakı səfirliyi tərəfindən Hindistan Xarici İşlər Nazirliyinin texniki əməkdaşlıq üzrə birgə katibi ilə görüş keçirilib
# 06 iyun 2007 09:30 (UTC +04:00)
Azərbaycanın Hindistandakı səfirliyi tərəfindən Hindistan Xarici İşlər Nazirliyinin texniki əməkdaşlıq üzrə birgə katibi P. Şarma ilə görüş keçirilib. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən Nazirlər Kabinetinə məktub daxil olub. Məktubda deyilir ki, P. Şarma tərəfindən onun məsul olduğu Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) Proqramı çərçivəsində keçirilən müxtəlif təyinatlı qısa (2-6 ay) və uzunmüddətli (1-2 il) təlim kursları sırasında informasiya texnologiyaları (IT) sahəsinə xüsusi diqqət yetirildiyi, bu kurslarda dövlət sektorunun iştirakına üstünlük verildiyi qeyd edilib. Məktubda həmçinin hazırda ölkəmizə 15-20 yerin ayrıldığı, 2006-cı ildə 15 ayrılmış yerdən 12-dən istifadə edildiyi diqqətə çatdırılaraq, tələbatın yüksəldiyi halda kvotanın da artırılacağı bildirilib.
Təlim proqramlarında iştirak etmək üçün bir sıra qaydalara riayət etmək tövsiyə edilib. Qaydalara görə, iştirakda maraqlı şəxslər müəyyən edilmiş şəkildə namizədliyi tövsiyə edəcək müvafiq yerli dövlət qurumu və ya Xarici İşlər Nazirliyi vasitəsi ilə Hindistan tərəfinə müraciət etməlidir. Ərizələr texniki baxımdan namizədliklərin uyğunluğuna (təhsil ixtisası və iş təcrübəsi daxil olmaqla) baxacaq Hindistanın təlim institutlarına göndərilə bilər. Seçimin nəticələri barədə Hindistan diplomatik nümayəndəlikləri tərəfindən aidiyyəti orqanlara bildiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR