Bank Of Baku

Bu gün Cenevrədə BMT İnsan Haqları Şurasının V sessiyası başlayır

Bu gün Cenevrədə BMT İnsan Haqları Şurasının V sessiyası başlayır
# 11 iyun 2007 11:30 (UTC +04:00)
Bu gün Cenevrədə BMT İnsan Haqları Şurasının V sessiyası işinə başlayır. Azərbaycanın İsveçrədəki səfirliyinin 3-cü katibi Seymur Mərdəliyevin APA-ya verdiyi məlumata görə, Şuranın ilk ilinin son sessiyanın işində Azərbaycanın İsveçrədəki səfiri, BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş səfiri Elçin Əmirbəyovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək. Diplomatın sözlərinə görə, sessiya iyunun 18-nə kimi davam edəcək. İclasın gündəliyində Şuranın bir illik fəaliyyəti dövründə görülən işlər müzakirə olunacaq. Sessiyada BMT-nin irqçiliyin müasir forması, irqi ayrı-seçkilik və bununla bağlı dözümsüzlük üzrə eksperti Dudu Dyen Rusiyadakı vəziyyətlə bağlı hesabatla çıxış edəcək.
Xatırladaq ki, ötən il martın 15-də BMT-nin İnsan Haqları Üzrə Komissiyanın əvəzində İnsan Haqları Üzrə Şura yaradılıb, Şuranın 47 üzvü var. MDB ölkələrində quruma Azərbaycan, Rusiya və Ukrayna daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR