Beynəlxalq Böhran Qrupunun Qafqaz layihəsinin direktoru: “Əminəm ki, Dağlıq Qarabağda keçiriləcək seçkilər beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq”
- Bakıya səfərim iyunun 12-13-nə təsadüf edəcək. Səfər zamanı hökumət nümayəndələri, xüsusilə Xarici İşlər Nazirliyinin rəsmiləri, bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşlər keçirəcəyəm. İki həftə öncə Beynəlxalq Böhran Qrupunun Qafqaz üzrə analitiki Kleir Delesart Bakıda bir sıra görüşlər keçirib və məni səfərdə yenidən o müşayiət edəcək. Mən artıq səkkiz ildir ki, Qafqaz regionunda münaqişələrlə məşğul oluram, fəaliyyətim dövründə mən Gürcü-Abxaz və Gürcü-Osetin münaqişələri ilə bağlı dərindən məşqul təhlillər aparmışam. Beynəlxalq Böhran Qrupunun Qafqaz layihəsinin direktoru təyin olunana kimi mən ATƏT-in Gürcüstan ofisində yüksək vəzifədə çalışırdım. Həmin vəzifədə daha çox münaqişələr və milli azlıqlar məsələləri ilə məşğul olmuşam. Dağlıq Qarabağ münaqişəsi ilə isə Böyük Britaniyanın “Birgə Təşəbbüslər” (Consortium İnitiative)proqramı çərçivəsində geniş məşğul olduğumu deyə bilərəm. Qafqaz regionunda jurnalist fəaliyyətim dövründə də Dağlıq Qarabağ məsələsi ilə bağlı bir çox məqalələr və araşdırmalar yazmışam.
- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırlayacağınız hesabat bu mövzuda hazırlanmış əvvəlki hesabatlardan nə ilə fərqlənəcək?
- Biz bir neçə gün əvvəl Cənubi Osetiya ilə bağlı hesabatı ictimaiyyətə təqdim etmişik. Bundan sonra bizim başlıca işimiz Dağlıq Qarabağla bağlı məruzə üzərində işləməkdir. Bu hesabat xüsusilə bizim 2005-ci ildəki Dagliq Qarabaga dair iki hesabatımızdan sonrakı dövrü əhatə edəcək, bu dövr ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi təhlil ediləcək. Bundan əlavə biz Azərbaycan və Ermənistanda baş verən digər mühüm hadisələri də hesabatda əks etdirməyə çalışacağıq. Məsələn, Azərbaycanda neft gəlirlərinin ölkədəki siyasi proseslərə təsiri, effektliliyi hesabatda araşdırılacaq. Beynəlxalq Böhran Qrupunun enerji məsələləri üzrə tədqiqatçısı bu məsələ ilə bağlı aprel ayında Bakıda bir sıra tədqiqatlar aparıb, Dövlət Neft Fondunun rəhbərliyi, bir çox deputatlar, safirliklər və digər qurumların nümayəndələri ilə goruşub, fikirlərini öyrənib. Biz çox istərdik ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar hökumət nümayəndələri, Xarici İşlər Nazirliyi və başqa nazirliklərin nümayəndələri ilə geniş fikir mübadiləsi aparaq. Səfər zamanı həm analitiklər, həm Dağlıq Qarabağ problemi ilə məşğul olan siyasi tədqiqatçılar qrupu, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Dağlıq Qarabağ və ətraf rayonlardan olan və münaqişədə əziyyət çəkmiş məcburi köçkünlər ilə görüşmək niyyətim var.
- Qafqazda mövcud olan münaqişələrin regionun təhlükəsizliyinə təsirini necə qiymətləndirirsiniz?
- Qafqazda həllini tapmamış üç münaqişə var, bu konfliktlər regionda stabilliyin pozulması üçün təhlükə ehtimalını artırır. Bir çoxları hesab edir ki, bu münaqişələr dondurulmayıb, əslində sülh prosesi dondurulub. Münaqişələrin həll olunmamış vəziyyətdə qalması ümumiyyətlə bütün siyasi mühitə, Cənubi Qafqazdakı proseslərə, stabilliyə birbaşa təsir edir.
Münaqişə zonalarında atəşkəs rejiminin tez-tez pozulması stabillik üçün təhlükənin artmasını real göstəricisidir. Məsələn, 2004-cü ildə Cənubi Osetiyada cəbhə xətti boyu qarşılıqlı atışmalar o qədər çox olmayıb, amma digər münaqişə zonalarında atəşkəsin mütəmadi pozulması daha çox nəzərə çatır. Və bu tip insidentlər mütəmadi hal alaraq tez tez ölümlə nəticələnir. Xüsusilə hər üç Qafqaz ölkəsində ümumiyyətlə silahlanmanın daha da sürətlənməsini nəzərə alsaq, münaqişələrin həll olunmamış qalması konfliktlərin hər an yenidən qızışmasına riskini daha da artırır.
İqtisadi prizmadan baxdıqda isə münaqişələrin həll olunmaması investisiya imkanlarını kəskin dərəcədə məhdudlaşdırır, ticarət və nəqliyyat əlaqələrini azaldır, nəzarətsiz ərazilərdə qeyri-qanuni biznes fəaliyyətinin genişlənməsinə şərait yaradır ki, bu da qanunun aliliyinə ciddi zərbə vurur, korrupsiya və cinayətkarlığın genişıənməsinə gətirib çıxarır. Əsas məsələ budur ki, münaqişə zonalarından qaçqın düşmüş, məcburi köçkün düşmüş insanların vəziyyətinin həll olunmamış qalması dövlətlərin sosial proqramlarına böyük zərbə vurur, həmin kateqoriya insanların cəmiyyətə inteqrasiyası isə hökumət qarşısında ən böyük problem olaraq qalır.
Hər üç münaqişə ilə bağlı sadaladığım bu bənzərliklər regionun gələcək inkişafına böyük mənfi təsir göstərir. Ammaç xüsusilə vurğulamaq istərdim ki, hər bir münaqişə müxtəlif yollardan əmələ gıldiyindən, onların həlli də spesifik konteksə uyğun həll olunmalıdır.
- Dağlıq Qarabağda mövcud separatçı rejim iyulun 19-da qondarma “prezident seçkiləri” keçirəcək. Beynəlxalq Böhran Qrupunun bu “seçkilərə” münasibəti necədir?
- Beynəlxalq ictimaiyyət Cənubi Qafqazdakı hər üç münaqişə bölgəsində keçirilən seçkilərin ümumiyyətlə heç birini tanımamışdır. Eynilə, Daglıq Qarabağdaki keçiriləcək seçki də beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaqdır. da Əminəm ki, beynəlxalq ictimaiyyət ümumiyyətdə Cənubi Qafqazdakı de-fakto rejimlərinin həyata keçirdiyi seçkilərin heç birini tanımayacaq. Buradan belə bir nəticəyə gəlmək olar ki, Dağlıq Qarabağda keçiriləcək seçkilər beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq. Bu seçkilərin danışıqlar prosesinə hansısa şəkildə təsir edəcəyinə inanmıram, çünki Dağlıq Qarabağın de-fakto rəhbərliyi danışıqlar prosesində iştirak etmir.
Yaxşı olardı ki, Azərbaycan və Qarabağda yaşayan ermənilər arasında qarşılıqlı etimad mühitinin yaradılması prosesi başlasın. Təbii ki, bu elə bir müstəvidə baş verməlidir ki, hər iki tərəf bunu məqbul saysın. Biz Dağlıq Qarabağın azərbaycanlı icması ilə bağlı tövsiyə vermişik onların qanunverici proseslərdə və ümumiyyətlə, Azərbaycanda baş verən ictimai-siyasi proseslərdə fəal iştirakına imkan yaradılmasını istəyirik. /APA/
Xarici siyasət
Ceyhun Bayramov Koreya xarici işlər nazirinin müavini ilə görüşüb
Abraham Hamade Milli Məclisin sədrini ABŞ Konqresində görməyi arzuladığını bildirib
XİN rəhbəri: 907-ci düzəliş Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır
Baş prokuror İƏT nümayəndə heyəti ilə görüşüb
Xəbər Lenti
DÇ-2026: Qana millisi Panama yığmasını məğlub edib
Tramp memorandumun imzalanmasından sonra neftin ucuzlaşdığını bildirib
Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar
Maxaçev yarımorta çəkidə çempionluq titulunu Qerri ilə döyüşdə müdafiə edəcək
Tramp: İranın ballistik raketlərə malik olmasının tam qadağan edilməsi ədalətsizlik olardı
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
Tramp: İsrail Livanda daha yumşaq davranmalıdır
Rütte NATO daxilində fikir ayrılıqlarını azaltmaq üçün ABŞ-a səfər edəcək
Merz: İsrail Yaxın Şərqdə gərginliyin mənbəyinə çevrilməməlidir
G7 ölkələri Ukraynada uzaqmənzilli raketlərin istehsalını nəzərdən keçirir
Tramp: ABŞ və İran arasında saziş 48 saat ərzində imzalana bilər
DÇ-2026-da növbəti sensasiya: Portuqaliya Konqo DR ilə heç-heçə edib
CNN ABŞ və İran arasında əldə olunan 14 maddəlik anlaşma memorandumunun mətnini dərc edib
İran öhdəlikləri yerinə yetirdikcə ABŞ sanksiyaları mərhələli şəkildə ləğv edəcək
Vladimir Putin Kazanda Hakan Fidanı qəbul edib
Niderland Ukraynaya 500 milyon avroluq yeni hərbi yardım ayıracaq
Rusiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
İsrail Qəzzada HAMAS-ın snayper bölməsinin komandirinin məhv edildiyini açıqlayıb
Tramp: İranla müharibənin davam etməsi iqtisadi fəlakətə səbəb ola bilərdi
ABŞ Rusiya və Çini nüvə silahlarının azaldılması ilə bağlı birgə saziş bağlamağa çağırıb
ABŞ Prezidenti: Zelenski və Putin danışmalıdır, lakin bunu necə edəcəklərini bilmirlər
Tramp: İranla yekun saziş 60 gün ərzində əldə olunmasa, zərbələr bərpa ediləcək
Ağdamda sel təhlükəsi aradan qaldırılıb, 60 evin qaz təchizatı bərpa edilib - YENİLƏNİB
Tramp: ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib
II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib - FOTO - YENİLƏNİB
Ceyhun Bayramov Koreya xarici işlər nazirinin müavini ilə görüşüb
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olub
Könül Vəlibəyli və daha 2 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı məhkəmə başlayıb
Xocalıda heyvandarlıq kompleksi ilə tanışlıq olub
Əmanətlərin Sığortalanması Fondunda ABŞ nümayəndə heyəti ilə görüş keçirilib
Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib
Deputat Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı təqsirləndirilənlərdən biri barədə qərar verilib
Samvel Karapetyanın seçki blokundan deputatlığa namizəd tutulub
Sosial xidmətin inkişafına dair Dövlət Poqramının icrası müzakirə olunub
Robert Koçaryana qarşı cinayət işi başlanacaq
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxunub
"Bloomberg": Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır
Abraham Hamade Milli Məclisin sədrini ABŞ Konqresində görməyi arzuladığını bildirib
XİN rəhbəri: 907-ci düzəliş Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır
Baş prokuror İƏT nümayəndə heyəti ilə görüşüb
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
Dələduzluq piramidasının admini olan şəxsə cəza istənilib
Xətaidə mağazadan 10 min manat oğurlanıb
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
HP: Rəqəmsal iqtisadiyyat qlobal ÜDM-in 17,3 faizini təşkil edir
ADY və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
Həbsdə olan şəxsin vaxtilə gizlətdiyi silahlar tapılıb - FOTO
“Azərsun Holdinq” “Milli Xalq Oyunları” Festivalına dəstək verib
Ukrayna ordusu Qara dənizdə Rusiyanın “kölgə donanması”nın tankerini və iki körpünü vurub