Bank Of Baku

GUAM-ın Bakı sammitində sülhməramlı kontingentinin yaradılması ilə bağlı məsələ gündəliyə salınıb

GUAM-ın Bakı sammitində  sülhməramlı kontingentinin yaradılması ilə bağlı məsələ gündəliyə salınıb
# 13 iyun 2007 10:28 (UTC +04:00)
Bakıda keçiriləcək GUAM sammitində bu təşkilatın sülhəmarlı kontingentinin formalaşdırılması ilə bağlı məsələnin müzakirəsi gözlənilmir. Bunu APA-ya eksklüziv açıqlamasında Ukrayna Müdafiə Nazirliyinin beynəlxalq əlaqədər departamentinin direktoru İvan Androsenko deyib.
İ. Androsenkonun sözlərinə görə, Ukrayna tərəfi sülhməramlı qüvvələrin yaradılması layihəsi üzrə işləri davam etdirməyə hazırdır: “Digər ölkələr hələ ki, hazır olmadıqlarından proses ləngiyir. Moldova tərəfi hələ 1 ay əvvəl hazır olmadığını bildirib”.
İ.Androsenko həmçinin bildirib ki, iyunun 20-dən sonra Moskvada keçirilən MDB Müdafiə Nazirləri Şurasının toplantısı çərçivəsində Ukraynanın müdafiə nazirinin digər ölkələrdən olan həmkarları ilə, o cümlədən Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə ikitərəfli görüşləri aparacaq. Aparılan müzakirələrdə GUAM-ın sülhməramlı qüvvələrinin formalaşdırılması məsələlərinə toxunulacaq.
Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə jurnalistlərə açıqlamasında GUAM sülhməramlı kontingentinin yaradılması ilə bağlı məsələnin sammitin gündəliyində olduğunu bildirib: “Lakin bu qüvvələrin harada istifadə olunacağı müəyyən deyil. Məsələ milli koordinatorlar tərəfindən müzakirə olunandan sonra gündəliyə çıxaılacaq”./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR