Bank Of Baku

Leo Platvoet: “Ermənistanda keçirilmiş seçkilərlə bağlı ilkin rəyimiz müsbət olsa da, sonradan bir çox problem ortaya çıxdı”

Leo Platvoet: “Ermənistanda keçirilmiş seçkilərlə bağlı ilkin rəyimiz müsbət olsa da, sonradan bir çox problem ortaya çıxdı”
# 26 iyun 2007 08:22 (UTC +04:00)
APA-nın Avropa bürosunun xəbərinə görə, dinləmələr zamanı plenar iclasda çox az deputat iştirak etdiyindən məsələyə ötəri baxılıb. L. Platvoet jurnalistlərə açıqlamasında bildirib ki, məqsəd heç də bu məsələnin geniş müzakirəyə çıxarılması olmayıb: ”2007-ci il 12 may tarixində Ermənistanda keçirilmiş parlament seçkiləri ilə bağlı müşahidələrimiz haqda parlamentarlara hesabat verdim və müşhahidələrimizin nəticəsini bir daha onların diqqətinə çatdırdım. Ümumilikdə deyə bilərəm ki, seçkilərin ertəsi gün dərhal yekun rəy çıxarmaq beynəlxalq muşahidəçilər üçün çox çətin idi. Bizim ilkin rəyimiz ondan ibarət oldu ki, bu seçkilər Ermənistanda əvvəl keçirilmiş seçkilərdən müsbət mənada fərqlənib. Lakin qeyd etməliyəm ki, sonradan bir çox problem ortaya çıxdı”.
Leo Platvoet bu gün AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı alt komitəsinin iclasının baş tutacağını da istisna etməyib: ”Ermənistan nümayəndə heyətinin rəhbəri cənab Torosyan sessiyada iştirak etməsə də, nümayəndə heyətinin digər üzvləri buradadır. Ümid edirəm ki, bu dəfə erməni tərəfi iclasda iştirak edə biləcək. Amma nümayəndə heyətinin rəhbərinin olmaması təbii ki, vəziyyəti çətinləşdirir”. Alt komitənin rəhbərliyini bölgəyə səfərinə gəldikdə, L. Platvoet bu məsələdə də problem olduğunu qeyd edib və bildirib ki, problem əsasən Dağlıq Qarabağa ediləcək səfərin tarixi ilə bağlıdır: ”Bu səfəri təşkil etmək çox müşkül işə çevrilib və mən anlaya bilmirəm ki, bu məsələ niyə həll olunmur. Hesab edirəm ki, ümumilikdə Qarabağ məsələsi öz-özlüyündə mürəkkəb problem olduğundan, iki ölkənin bu məsələdə də razılığa gəlməsi çətindir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR