Bank Of Baku

Diplomatik Akademiyada yay məktəbi işə başlayıb

Diplomatik Akademiyada yay məktəbi işə başlayıb
# 23 iyul 2007 12:08 (UTC +04:00)
Bu gün Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının bir həftəlik yay məktəbi işə başlayıb. Akademiyanın treninq proqramları üzrə direktoru Fariz İsmayılzadənin APA-ya verdiyi məlumata görə, tədbiri Akademiyanın rektoru Hafiz Paşayev açıb. İtaliyanın Florensiya universiteti ilə birlikdə təşkil olunmuş bu treninqləri İtaliyadan olan 11 müəllim keçirir. Dinləmələrdə Azərbaycandan 20, Gürcüstan və Türkiyənin hər birindən 5 nümayəndə iştirak edir: “Yay məktəbinin mövzusu “Avropa İttifaqının siyasəti və qanunları” adlanır. Məktəbin məqsədi diplomatları və geniş ictimaiyyəti Aİ haqqında məlumatlandırmaqdır”. Yay məktəbində iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov, millət vəkili Səməd Seyidov və digər dövlət məmurlarının iştirakı nəzərdə tutulub. 6 gün davam edəcək bu tədbirin diplomatik treninq proqramının bir hissəsi olduğunu deyən F. İsmayılzadə bildirib ki, analoji tədbirlər ABŞ-ın Corctaun universiteti və Almaniyanın Marşall Mərkəzi ilə birlikdə keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR