Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Fəthi Gədiklinin Bakıda diplomatik missiyası başa çatır

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Fəthi Gədiklinin Bakıda diplomatik missiyası başa çatır
# 01 avqust 2007 13:52 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Fəthi Gədiklinin Bakıdakı diplomatik missiyası başa çatır. Səfirlikdən APA-ya verilən məlumata görə, F. Gədikli bundan sonra Türkiyənin kültür və turizm nazirinin strateji məsələlər üzrə müşaviri vəzifəsində çalışacaq. Onun Bakıdakı diplomatik missiyasının bitməsi ilə bağlı səfirlikdə vida mərasimi keçirilib. Mərasimdə çıxış edən F. Gədikli 2004-cü il iyunun 14-dən Bakıda işlədiyi dövrdə Türkiyə və Azərbaycan arasında mövcud əlaqələrin daha da inkişaf edərək gücləndiyinə ümidvar olduğunu deyib: “Ancaq bu iki qardaş ölkə arasında mədəni münasibətlərin tarixi çox qədim və ayrılmaz olsa da, görüləcək işlər çoxdur”. Diplomat Azərbaycanda işlədiyi dövrdə gördüyü işlər barədə hesabat verib, bildirib ki, bu müddətdə musiqi konsertləri, xəttatlıq sərgisi, terror mövzusunda beynəlxalq karikatura yarışması və sərgisi, türk filmləri festivalı, turizm sərgisi, kitab təqdimatları keçirilib, 20-dən çox kitabın nəşrinə köməklik edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR