Bank Of Baku

Bakıda ATƏT-in təşkilatçılığı ilə keçirilən “Hərbi qulluqçuların sosial rifahının təminatına dəstək və beynəlxalq perspektivlər” mövzusunda seminar başa çatıb

Bakıda ATƏT-in təşkilatçılığı ilə keçirilən  “Hərbi qulluqçuların sosial rifahının təminatına dəstək və beynəlxalq perspektivlər” mövzusunda seminar başa çatıb
# 03 avqust 2007 11:15 (UTC +04:00)
ATƏT-in təşkilatçılığı ilə Bakıda “Hərbi qulluqçuların sosial rifahının təminatına dəstək və beynəlxalq perspektivlər” mövzusunda keçirilən iki günlük seminar başa çatıb. APA-nın məlumatına görə, seminarın bağlanış mərasimində Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov, ATƏT-in Bakı ofisi rəhbərinin müavini Robin Sivord, Belçika, Böyük Britaniya, Kanada, Niderlandın hərbi qurumlarının nümayəndələri, ABŞ-ın Azərbaycandakı hərbi attaşesi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları iştirak ediblər.
R.Sivord konfransın keçirilməsində əsas məqsədin hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması, şəxsi heyətin hüquq və azadlıqlarının təmini, Silahlı Qüvvələr üzərində ictimai nəzarətin tətbiq edilməsi olduğunu vurğulayıb. ATƏT-in təşəbbüsü ilə Azərbaycanda bu məqsədlə QHT-lərin assosiasiyasının yaradılması istiqamətində işlər aparıldığını bildirib. Daha sonra çıxış edən Ç.Məmmədov seminarda qaldırılan məsələlərin Müdafiə Nazirliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR