Bank Of Baku

Araz Əzimov: “Rusiya Ermənistanın silahlandırılması siyasətinin nəticəsinin müsbət olmayacağını anlamalıdır”

Araz Əzimov: “Rusiya Ermənistanın silahlandırılması siyasətinin nəticəsinin müsbət olmayacağını anlamalıdır”
# 03 avqust 2007 11:43 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. Onun sözlərinə görə, Rusiyanın Ermənistanın silahlandırması ilə bağlı fakt xoşagəlməz olardı: “Rusiya bu siyasətin aqibətinin müsbət olmayacağını anlamalıdır. Bugünkü vəziyyət münaqişə tərəflərinin problemin həlli üçün danışıqları beynəlxalq normalar əsasında davam etdirmələrini tələb edir”.
A. Əzimov həmçinin qeyd edib ki, Ermənistanın sürətlə silahlanma prosesi Azərbaycan tərəfindən də diqqətsiz qalmayacaq: “Onsuz da Avropada Ermənistana silah satan dövlət və yaxud şirkət az olacaq, ya da heç olmayacaq. Ona görə də Ermənistan bu məsələ üçün məcburi olaraq, Rusiyaya üz tutacaq. Amma bu Rusiyanı seçim qarşısında qoyacaq ki, bu ölkə də belə vəziyyətdə düzgün qərar verməlidir. Rusiya doğrudan da münaqişənin sülh yolun ilə həlli üçün addım atmaq istəsə, onda silahlanma siyasətinə son qoyulacaq. Bunun əksi isə böhranın növbəti mərhələsinin başlanmasına şərait yarada bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR