Bank Of Baku

Polad Bülbüloğlu: “Rusiyada yaşayan soydaşlarımızın qarşılaşdığı bütün problemlərə görə Rusiya dövlətini və Azərbaycan səfirliyini ittiham etmək olmaz”

Polad Bülbüloğlu: “Rusiyada yaşayan soydaşlarımızın qarşılaşdığı bütün problemlərə görə Rusiya dövlətini və Azərbaycan səfirliyini ittiham etmək olmaz”
# 04 avqust 2007 09:53 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu APA-ya açıqlamasında bu istiqamətdə müvafiq addımlar atıldığını, Azərbaycan vətəndaşlarının pasportla təmin olunması üçün səfirlik tərəfindən bütün işlərin görüldüyünü söyləyib.
O, Azərbaycan vətəndaşlarının bu ölkədə qarşılaşdığı digər problemlərin həlli məqsədilə Rusiya rəsmiləri ilə müzakirələr aparıldığını da deyib: “Əlimizdən gələni edirik ki, orada yaşayan həmyerlilərimiz heç bir problemlə qarşılaşmasınlar. Azərbaycanlıların qarşılaşdığı bütün problemlərə görə isə Rusiya dövlətini və ya bu ölkədə fəaliyyət göstərən Azərbaycan səfirliyini ittiham etmək olmaz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR