Fuad İsmayılov: “Avstriyada Azərbaycanı iqtisadi və demoqrafik cəhətdən Cənubi Qafqazın lideri kimi qəbul edirlər”
- İki ölkə münasibətləri tədricən inkişaf etməkdədir. Qarşılıqlı əlaqələrin inkişafında dinamika olsa da, bununla bağlı çox böyük potensial var ki, hələ reallaşmayıb. İlk növbədə mən iqtisadi sahəni nəzərdə tuturam. Siyasi və mədəni səviyyədə çox yaxşı əməkdaşlığımız mövcuddur. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə layihələr həyata keçirilir. Ancaq iqtisadi sahədə reallaşmamış potensialdan istifadə etmək lazımdır.
- Avstriya iqtisadiyyat nazirinin Azərbaycana səfəri planlaşdırılır. Bu, iqtisadi əlaqələrin fəallaşmasına səbəb ola bilərmi?
- Avstriyanın iqtisadiyyat və əmək naziri Martin Bartenştayn Türkmənistan və Qazaxıstanda olduqdan sonra sentyabrın 19-da Bakıya gələcək. Bu səfər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək. Səfərdə əsas məqsəd enerji sahəsində əməkdaşlığın müzakirəsidir və bununla bağlı “Nabucco” layihəsinin həyata keçirilməsi ön plana çıxır. Bundan başqa, iqtisadiyyatın digər sahələrində əlaqələrin inkişafı da müzakirə ediləcək. Səfər zamanı daha sonra imzalanacaq müqavilələr də müəyyənləşdirilməlidir. Qonaq Yanacaq və Energetika, İqtisadi İnkişaf, Mədəniyyət və Turizm nazirliklərində, həmçinin Dövlət Neft Şirkətində görüşlər keçirəcək.
- Yeri gəlmişkən, Mədəniyyət və Turizm Nazirliyi son vaxtlar Avstriya ilə qarşılıqlı əlaqələrin möhkəmlənməsindən tez-tez danışır.
- Artıq Avstriyanın Krems Universiteti ilə bizdə bu yaxınlarda yaradılmış Turizm İnstitutu arasında müqavilə imzalanıb. Bu sənədə uyğun olaraq Avstriya universiteti turizm sahəsində kadr hazırlığı və menecerlərin təlim proqramlarının hazırlanmasında bizə kömək edəcək.
- Avstriya prezidentinin Azərbaycana səfəri yəqin ki, münasibətlərin xeyli möhkəmlənməsinə səbəb olacaq.
- Avstriya prezidentinin Azərbaycana səfəri hazırda gündəmdədir. Səfər bu ilə planlaşdırılırdı. Ancaq 2006-cı ilin birinci yarısında Avstriya Avropa Birliyinə sədrlik edirdi, payızda isə ölkədə parlament seçkiləri keçirildi, ona görə də səfər 2008-ci ilə qaldı. İqtisadiyyat və əmək nazirinin səfəri sırasında prezidentin səfər proqramı ilə bağlı məsələlər də müzakirə olunacaq. Prezidentin səfəri zamanı təhsil, humanitar elmlər və mədəniyyət sahələrində bəzi sənədlər imzalana bilər.
- Payızda Avstriya parlamentinin üzvlərinin də Azərbaycana gələcəyi gözlənilir. Siz parlamentlərarası əlaqələrin perspektivini necə qiymətləndirirsiniz?
- Perspektivlər bizdən asılıdır. Hələlik bu sahədə qarşılıqlı əlaqələr müxtəlif beynəlxalq strukturlarda deputatların təmasları səviyyəsindədir. Ancaq bizim məqsədimiz birbaşa əlaqələrin qurulmasıdır. Ümid edirəm ki, avstriyalı parlamentarların qarşıdakı səfəri buna kömək edəcək. Səfərin dəqiq nə vaxt baş tutacağını söyləmək çətindir, bu məsələ Avstriya parlamentində nəzərdən keçirilir. Onlar hazırda Cənubi Qafqazla parlamentlərarası əməkdaşlıq üçün deputat qrupu yaradırlar. Bu qrupun formalaşması başa çatan kimi, biz səfərin dəqiqi tarixini biləcəyik.
- Azərbaycan diplomatiyası Avstriyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı işlər görür?
- Vyana ilk növbədə ATƏT-lə assosiasiya olunur, çünki təşkilatın qərargahı bu şəhərdə yerləşir. Dağlıq Qarabağ münaqişəsinə dair əsas diskussiyalar da məhz ATƏT çərçivəsində aparılır. Avstriyanın özünə gəldikdə isə, mən deyə bilmərəm ki, bu məsələ gündəmdəki əsas mövzulardan biridir. Ancaq bununla yanaşı, Avstriya bir sıra beynəlxalq təşkilatların BMT-nin, ATƏT-in, Avropa Birliyinin, Avropa Şurasının fəal üzvü kimi bu qurumların işində iştirak edir və onun mövqeyi dünya ictimaiyyətinin mövqeyi ilə üst-üstə düşür. Avstriya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həllinə tərəfdardır.
- Bəs bu ölkədəki diasporamız nə qədər fəaldır?
- İstərdik ki, onlar daha fəal olsunlar. Avstriyada bir neçə diaspora təşkilatımız var və bəziləri 90-cı illərin əvvəlində yaradılıb. Bu qurumların əsas məqsədi Azərbaycanın və ölkəmizin mədəniyyətinin təbliğidir. Avstriyada təhsil alan tələbələrimizin təşkilatı daha fəaldır. Təbii ki, səfirlik onlara kömək edir.
- Məşhur tarixçi Erix Fayql türk xalqlarının, o cümlədən Azərbaycanın böyük dostu olub. Avstriyada onun ardıcılları varmı?
- Erix Fayql unikal, əsl mənada səmimi, Azərbaycanı sevən bir insan idi. Bu cür adamlar dünyaya tez-tez gəlmir. Onun konkret davamçıları haqda danışmaq çətindir, amma mərhum çox hörmətli şəxsiyyət idi. Onun dostları arasında bir çox insan var ki, Azərbaycanla Avstriya arasındakı münasibətlərin inkişafı naminə çalışmağa hazırdır.
- Ötən il Avstriyada Üzeyir Hacıbəyovun abidəsinin açılışı oldu. Bu tipli tədbirlər yenə planlaşdırılırmı?
-Yaxın vaxtlarda Sloveniyada Mehdi Hüseynzadənin abidəsinin açılışı planlaşdırılır. Bu, oktyabrda Novoqoritsa şəhərində olacaq. Orada vaxtilə partizan dəstələri fəaliyyət göstərib. İndi biz bu məsələ üzərində işləyirik. 2008-ci ildə Avstriyanın bəzi şəhərlərində “Arşın mal alan” operasının təkrar səhnəyə qoyulması gözlənilir. Avstriya tərəfi də Azərbaycanda bəzi mədəni tədbirlər planlaşdırır.
- Sizin səfirliyiniz bir sıra beynəlxalq təşkilatlarda akkreditə olunub. Bu istiqamətdə işiniz necə gedir? ATƏT-in fəaliyyətdə olan sədri Migel Anhel Moratinosla görüşürsünüzmü?
- Migel Anhel Moratinos Vyanaya nadir hallarda gəlir. O, yanvar ayında burada idi və ATƏT Daimi Şurasının iclasında iştirak edirdi. M. A. Moratinos ATƏT-in fəaliyyətdə olan sədri kimi təkcə Ermənistan-Azərbaycan münaqişəsinin yox, ATƏT məkanındakı digər münaqişələrin də həllinə böyük maraq göstərir.
- Azərbaycanda Avstriya səfirliyinin açılması planlaşdırılırmı?
- Hazırkı məqamda Avstriyanın belə bir planı yoxdur. Bunun səbəbi kimi onlar maliyyə çatışmazlığını göstərirlər. Buna baxmayaraq, müxtəlif söhbətlərdə dəfələrlə vurğulanıb ki, Cənubi Qafqaz regionunda onları ən çox Azərbaycan maraqlandırır. Azərbaycanı iqtisadi və demoqrafik aspektdə lider kimi qəbul edirlər. /APA/
Xarici siyasət
Bakıda Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir
İslam İnkişaf Bankı Qrupunun Prezidenti: Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik
Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunub
Ceyhun Bayramov Koreya xarici işlər nazirinin müavini ilə görüşüb
Xəbər Lenti
Ukrayna Moskvaya son iki ildə ən böyük dron hücumunu edib, 180 PUA vurulub
Neft Emalı Zavodunda yanğın söndürülüb - YENİLƏNİB-1
Prezident İlham Əliyev: Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik
Prezident: Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq
Taksi sürücülərinin qeydiyyatı zamanı məlumatların yoxlanılması avtomatlaşdırılır
Azərbaycanın Baş Qərargah rəisi Qazaxıstana işgüzar səfər edib
Azərbaycan Prezidenti: İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik
Bakıda Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir
Qaxda 1 ton çətənə kolu məhv edilib
Prezident İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır
APA TV-də XƏBƏRAPARAN - CANLI
İslam İnkişaf Bankı Qrupunun Prezidenti: Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Ötən dövr ərzində 980 əkiz, 39 üçəm doğulub
Rabitəbank İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 mln. dollarlıq saziş imzalayıb
Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan Prezidenti: Biz infrastruktura çox böyük sərmayələr yatırırıq
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezident İlham Əliyev çıxış edib - VİDEO - YENİLƏNİB-1 - FOTO
Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib
33 il beynəlxalq axtarışda olan şəxs Almaniyada həbs edilərək Azərbaycana gətirilib
Prezident: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir
Kriptobirjada son durum - "Bitcoin" ucuzlaşıb
Azərbaycan nefti 82.6 dollara ticarət olunur
Prezidentin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının iştirakçıları ilə ailə fotosu paylaşılıb
Dövlət başçısı: Azərbaycan təbii qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir
Avro, rubl və lirə ucuzlaşıb
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunub
Prezident İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
"NYMEX" birjasında təbii qazın dəyəri artıb
Dünya bazarlarında neft ucuzlaşıb
Bakıda sıxlıq müşahidə olunan yollar açıqlanıb
Reuters: Zelenskinin Trampla danışığından bir neçə saat sonra Kiyev raket hücumuna məruz qalıb
Bir neçə PUA Moskva Neft Emalı Zavoduna hücum edib
DÇ-2026: Özbəkistan Kolumbiyaya məğlub olub
Zelenski və Tramp arasında telefon danışığı baş tutub
Britaniyanın BBC telekanalı ixtisarlara başlayıb
ABŞ Prezidenti Avropada raketlərin lisenziyalı istehsalını təşkil etmək niyyətindədir
Dubaydakı göydələndə yanğın baş verib
DÇ-2026: Qana millisi Panama yığmasını məğlub edib
Tramp memorandumun imzalanmasından sonra neftin ucuzlaşdığını bildirib
Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar
Maxaçev yarımorta çəkidə çempionluq titulunu Qerri ilə döyüşdə müdafiə edəcək
Tramp: İranın ballistik raketlərə malik olmasının tam qadağan edilməsi ədalətsizlik olardı
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
Tramp: İsrail Livanda daha yumşaq davranmalıdır
Rütte NATO daxilində fikir ayrılıqlarını azaltmaq üçün ABŞ-a səfər edəcək
Merz: İsrail Yaxın Şərqdə gərginliyin mənbəyinə çevrilməməlidir
G7 ölkələri Ukraynada uzaqmənzilli raketlərin istehsalını nəzərdən keçirir