Bank Of Baku

Yaponiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıyır

Yaponiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıyır
# 15 avqust 2007 13:41 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Bakıda jurnalistlərə açıqlama verən Yaponiya xarici işlər nazirinin müavini Midori Matsuşima deyib. O, Azərbaycanın yüksək templə inkişaf etdiyini bildirib: “Yaponiyanın enerji ehtiyatları yoxdur, ona görə də biz Azərbaycanın neft və qazında maraqlıyıq. Mən bu sahədəki əlaqələrimizin inkişafına inanıram”. Nazir müavini Dağlıq Qarabağda heç bir yapon şirkətinin fəaliyyət göstərmədiyini də bəyan edib. M. Matsuşima bildirib ki, Yaponiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıyır: “Azərbaycanda sülh və təhlükəsizliyin olması təkcə bu ölkə üçün yox, bütün Qafqaz üçün önəmlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR